Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Karusel (1-10-2014, 21:54)
Polis “Hafka”nın villasının qapısı ağzındadır: O, villanı boşaltmaqdan imtina edir - QALMAQAL, FOTOLAR

 

“Baghlan Group” şirkətinin və “Bakı” futbol klubunun prezidenti, “Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədovun Məmməd Araz (keçmiş Teymur Əliyev) küçəsi 63 ünvanında yerləşən və dəyəri 3 milyon dollar qiymətləndirilən villasının qarşısına bu gün yenidən məhkəmə icraçıları və polis gəlib.
Modern.az saytının məlumatına görə, bu günə evi boşaltmağı vəd etmiş “Hafka” fikrini dəyişib. Hazırda Nərimanov rayon Məhkəməsinin icraçıları polis əməkdaşlarının köməyi ilə villaya keçməyə cəhd edirlər. Villanın içində kifayət qədər böyük sayda mühafizəçilər cəmləşib və qapını açmaqdan imtina edirlər. Mməhkəmə icraçılarıisə malikanənin boşaldılmasını tələb ediblər.
Xatırladaq ki, dünəndən başlanan bu qalmaqalla bağlı H. Məmmədov məlumatlandırılıb və o, oktyabrın 1-dək vaxt istəyib və bu gün borcu ödəyəcəyini vəd edib. Məhkəmə icraçıları bununla bağlı müzakirə apardıqdan sonra qərara alınmışdı ki, evin boşaldılması bu gün saat 12-yə qədər təxirə salınsın.
Məlumata görə, H.Məmmədov müsadirə olunan villanı oğluna toy hədiyyəsi kimi bağışlayıbmış. Məhkəmə 300 min manat borcu qaytara bilmədiyinə görə onun əmlakının boşaldılması barədə qərar verib.
Bildirilir ki, Hafiz Məmmədov oğlu üçün yeni aldığı ev bankda digər müştəri tərəfindən girovda olub. Hafiz Məmmədov  nə bankın borcunu ödəyib, nə də bankın pulun bağlayıb.
*****
13:37
Hazırda iş adamı Hafiz Məmmədovun oğlu üçün aldığı yeni ev polis tərəfindən boşaldılır. “Qafqazinfo” xəbər verir ki, hazırda polislər villanın qarşısındadırlar.
Qeyd edək ki, Hafka evi oğluna alıb. Amma ev başqasının adında girovda olub. Hafiz Məmmədov nə bankın borcunu ödəyib, nə də pulu bağlayıb.
Bu səbəbdən hazırda Nərimanov rayon məhkəmə icraçıları ilə birlikdə polis evi boşaldır.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024