Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (3-03-2015, 18:41)
Avropa Oyunları Azərbaycana lazımdırmı?

Fikrət Yusifovun təhlili


“Avropa ölkələrindən Azərbaycana gəlmək və getmək xərcini hesablamaq üçün akademik biliklərə ehtiyac duyulmur”

Son günlər mətbuat səhifələrində Bakıda keçiriləcək birinci Avropa oyunlarına   görə Azərbaycan hökumətinin "yersiz səxavət”  göstərməsindən bəhs edən yazılar gözə dəyir.  Hökumətin Avropa oyunları ilə bağlı xərclərini öz bildiyi kimi "təhlil" edənlər sonda insanları çaşdırmağa, onların hissiyatını qıcıqlandırmağa hesablanmış pafoslu çağırışlar edirlər.  

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, profossor Fikrət Yusifov hesab edir ki, Avropa Oyunları ilə bağlı neqativ fikirlər səsləndirənlər məsələnin mahiyyətini düzgün qiymətləndirə bilmirlər: “Gəlin əvvəlcə bir məsələni aydınlaşdıraq. Əgər bu kimi mötəbər turnirlərə ev sahibliyi etmək sərfəli deyilsə onda nə üçün  idmanın təkcə bir növü üzrə (güləş, cüdo, voleybol, həndbol və s) Avropa Çempionatını keçirmək uğrunda ölkələr az qala “ölüm-dirim” mübarizəsinə qoşulurlar?  İndiki halda isə söhbət az qala bütün Avropa ölkələrini əhatə edən və 20 növ üzrə keçiriləcək Olimpiya mahiyyətli oyunlardan gedir.  Oyunlar yüksək səviyyədə təşkil edildiyi halda, bu, ölkə iqtisadiyyatına ciddi tövhələr verir.  

Belə tədbirlərin keçirilməsi əsaslı təmir işləri və infrastruktur layihələrinin reallaşdırılması baxımından da ölkəyə uzunmüddətli üstünlüklər qazandırır.  Bu sıraya yarışlara tamaşa etmək üçün gələn turistlərin ölkədə xərclədiyi pulları, eləcə də yarışlara satılan biletlərdən və teleyayımlardan daxil olan vəsaitləri də əlavə etsək, Azərbaycanın bu oyunlardan yalnız hərtərəfli dividend götürəcəyini deyə bilərik.  Əlbəttə, böyük həcmdə gəlir gözləməyi düşünmək sadəlöhvlük olar.  Heç Azərbaycan bu yarışları qəbul etmək üçün iddiasını irəli sürəndə də belə bir məqsəd güdməyib. Dünya ölkələri sırasında öz yerini möhkəmləndirmək,  iqtisadi inkişafını bütün paramatrlər üzrə nümayiş etdirmək, Avropanın bir parçası olduğunu və daha böyük yarşları (Yay Olimpiya Oyunları kimi) qəbul etmək potensialına malik olduğunu göstərmək niyyətndə olan bir ölkə əlbətə ki, I Avropa Oyunlarından böyük məbləğdə qazanc götürməyi hədəfləyə bilməz.  Burada söhbət yalnız ölkənin imicindən, onun dünya miqayasında daha yaxşı tanıdılmasına göstərilən maraqdan və xaraktercə sülhə çağırış vasitəsi olan idmana ayırlan diqqətdən gedir ki, buna görə də ölkələr əlbəttə ki vəsait xərcləməlidirlər.  Burada qeyri-adi heç nə yoxdur”.

F.Yusifov qeyd edib ki, ölkənin və onun paytaxtının ən azı Avropa miqyasında piarının qurulması olduqca mürəkkəb mexanizmlərə söykənir və bu istiqamətdə atılan bütün addımlar xüsusi əhəmiyyətə malikdir: “Təcrübə göstərir ki, inkişaf etmiş  ölkələr belə reklam işlərinə günü bu gün də milyardlarla vəsait xərcləyirlər.  Bu, hər hansı bir kompaniyanın və ya onun istehsal etdiyi məhsulun reklam olunması deyil, bütövlükdə ölkənin, onun paytaxtının və ya iri bir şəhərinin dünyaya tanıdlmasıdır  ki, bunun da nəticəsində ölkələr özlərinin gələcək iqtisadi perspektivlərini müəyyənləşdirir,  xarici investorların və böyük turist kütləsinin diqqətini cəlb edə bilirlər. Dünyada təbliğatdan güclü silah yoxdur. İndi gəlin görək  biz təbliğat işlərinə nə qədər ehtiyac duyuruq? Son on ildən artıq bir müddətdə ölkəmizin dünya ölkələri sırasında özünə layiqli yeri tutması istiqamətində ölkə rəhbərliyinin apardığı məqsədyönlü işlər az bəhrə verməyib. Bu sahədə Heydər Əliyev Fondunun apardığı işləri xüsusi qeyd etmək lazımdır.  Lakin Qarabağ kimi ciddi bir problemi olan Azərbaycanın daha geniş formatda və daha ciddi təsir rıçaqlarını özündə birləşdirən vasitələrlə təbliğ olunması az qala həyati əhəmiyyətli məsələdir. Təbliğat işləri ardıcıl xarakterdə olmalı və getdikcə daha da şaxələnməlidir. Son illər bütün səviyyələrdə və  dünyanın hər yerində keçirilən Xocalı aksiyalarının müsbət nəticələri bizə təbliğatın nə olduğunu demirmi? 

F.Yusifovun fikrincə,  təbliğat bütün məsələlərin həllində uğurun əsasını təşkil edən çox güclü silahdır: 

“Adi məhsul istehsal edən kompaniyalar özlərinin təbliğatına - reklamına milardlarla dollar vəsait xərcləyirlər.  Məsələn, dünya şöhrətli "Samsunq" şirkətinin 2013-cü ildə reklam xərci 14 milyard  dollar səviyyəsində olub.  Bu, bir çox ölkələrin Ümumi Daxili Məhsulundan artıq məbləğdir. Son 11 il ərzində Azərbaycanda ölkə iqtisadiyyatına 180 milyard dollar investisiya qoyulub. İndi sual olunur, 11 il ərzində ölkə iqtisadiyyatına 180 milyard dollar investitsiya qoymaq imkanına malik bir ölkə nə üçün dünyaya özünün daha yaxından tanıdılması və qəbul edilməsi xatirinə belə bir  mötəbər tədbirin keçirilməsinə getməməliydi?  Özünün hazırkı inkişaf səviyyəsindən istifadə edib daha böyük uğurlar əldə etməyə çalışan ölkənin gördüyü işləri bu qədər ucuzlaşdırmaq olarmı? Əgər söhbət olimpiya qurğularının, idman arenalarının tikintisi üçün büdcədən ayrilan 1,3 milyard manatdan gedirsə, bu, ancaq gülüş doğura bilər. Rəqəmləri müqaisə edib "milçəkdən fil düzəldənlər”in nəzərinə çatdırıram ki, bu məbləğ 11 ildə Azərbaycan iqtisadiyyatına qoyulan investitsiyanın 0,7%-nə, təkcə "Samsunq" şirkətinin bir ildəki reklam xərclərinin isə 9,3%-nə bərabər bir rəqəmdir”.  

Avropa Oyunlarında iştirak edəcək idmançıların xərclərinə dair fantastik həddə qədər şişirtmələrin mətbuatda “ayaq açıb yeriməsi” hallarına toxunan BİAB sədri bir əcnəbi idmançıya 39 min manat civarında xərc çəkiləcəyi barədə “hesablamalara” diqqət yönəldib: “Belə hesablamalar aparan adamların özləri görəsən nə yeyib, nə içirlər? Bunlar deyəsən planetlər arası uçuş qiymətlərini hesablayaraq belə qənaətə gəliblər. Yəni doğrudanmı bir neçə şirkətin saytna daxil olub aviabiletlərin qiymətlərini dəqiqləşdirmək bu qədər çətindir? Avropa ölkələrindən Azərbaycana gəlmək və getmək xərcini hesablamaq üçün akademik biliklərə ehtiyac duyulmur axı.  Avropa ölkələrindən Azərbaycana, buradan isə geriyə hava səyahətinin xərci 1000-1400 manat civarındadırsa, iştirakçılar üçün nəzərdə tutulan Atletlər Kəndi tikilib hazır vəziyyətə gətirilibsə, bir idmançının qidalanması nə qədər pul apara bilər ki, bunlar bir nəfər idmançının xərclərini 39 min manat müəyyən edirlər? Görünür bu adamların idmançıların qida rasionundan da xəbərləri yoxdur. Olsaydı əsasən dietik qida növlərinə üstünlük verənlər üçün blə bir “hesab” yazmazdılar... 

Yeri gəlmişkən, onu da nəzərə almaq lazımdır ki, heç də bütün idmançılar oyunların sonuna qədər burada qalmayacaqlar – adətən yarışları uduzan idmançılar həmən geriyə, öz vətənlərinə dönürlər. Bu yarışlara sponsorluq edən şirkətlərin siyahısına göz yetirmək kifayətdir ki, Azərbaycanın qida sənayesinin aparıcı qüvvəsini təşkil edən şirkətin dəstəkçilər sərasında təsadüfən yer almadığını yəqin edəsən. Təşkilat Komitəsininin, texniki heyətin nəqliyyat vasitələrilə təchizatını belə özəl şirkət öz üzərinə götürübsə,  rabitə və sairə kimi məsələlər də sponsorların sırasında olan özəl sektorun öhdəsinə düşürsə,  Azərbaycan hökumətini büdcə vəsaitlərini səmərəsiz istifadə etməkdə günahlandırmaq qərəzdən başqa bir şey deyil. Ortada bir əsaslandırma yoxdursa,  yazılanların, deyilənlərin istinad nöqtəsi məlum deyilsə, deməli, həmin 39 min manatalıq hesablama və “büdcəni dağıdırlar” kimi iddialar  yalnız havadakı “qaynaqlara” əsaslanır”.  

F.Yusifov Avropa Oyunlarının səmərəsiz olması barədə deyilənlərin əsasız olduğunu göstərmək çün bir maraqlı misal da göstərib: “Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Xikki artıq II Avropa Oyunlarını qəbul etmək üçün 6 şəhərin namizədləyinin irəli sürüldüyünü açıqlayıb.  Məlumatlara görə bu sırada Amsterdam, Mersin, Krakov kimi şəhərlər də var. Bu oyunlar səmərəli deyilsə hələ 1-cisi başlamamış 2-cisinə 6 nəmizəd niyə olsun ki? Bax, həmin o 39 minlik hesablama aparanlar yaxşısı budur bu sala cavab axtarsınlar”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024