Gündəm / Slayd (27-02-2015, 17:15)
Siyavuş Novruzov: «Hökümətdə hansısa dəyişikliklər gözlənilmir»
Siyavuş Novruzov: “Dövrü mətbuatda hökümətdə dəyişiklik ola bilməsi barədə yazılan yazılar şayiədir”
“Suni qiymət artımı ilə əlaqədar hökümətin başqa planları var”
Hakim partiaynın yetkilisi: «Hökümət mart ayının 17-də parlamentdə öz hesabatın verəcək»
Son günlər dövrü mətbuatda hökümətdə dəyişiklik ola bilməsi barədə yazılar intensivləşib. Bu məsələ ilə bağlı PİA.AZ-ın əməkdaşı, YAP İcra Katibinin müavini, millət vəkili Siyavuş Novruzova müraciət edib. Millət vəkilinin sözlərinə görə, hökümətdə ciddi dəyişiklik olmayacaq:
“Dövrü mətbuatda hökümətdə dəyişiklik ola bilməsi barədə yazılan yazılar şayiədir. Hökümətdə hər hansısa dəyişikliklər gözlənilmir. Bu şayiə yayanlar insanlar arasında bir panika yaratmaq istəyir. Təbii ki, qarşıdan gələn parlament seçkiləri ilə, ilk dəfə Bakıda keçiriləcək Avropa Olimpiya oyunları ilə əlaqədar müxtəlif mətbu orqanları və müxtəlif partiyalar ayrı-ayrılıqda cəmiyyətdə müəyyən çaşdırıcı fikirlər ortalığa atmaqla məşğuldurlar. Bu məsələlərlə bağlı hökümət mart ayının 17-də parlamentdə öz hesabatın verəcək.
Hakim partiyanın yetkilisi bildirib ki, hökümətdə dəyişiklik etmək birbaşa ölkə prezidentinin səlahiyyətlərinə aiddir:
«Nazirlər Kabineti icra strukturudur və bir başa prezidentə tabedir. Ona görə jə hökümət dəyişiklik etmək bilavasitə prezidentin səlahiyyətlərinə daxildir. Ola bilər ki, hansısa nazirliklər birləşə və yaxud da hansısa nazir, komitə sədri dəyişə bilər. Bu da təbii haldır, çünki bu məsələlər ancaq onların işi ilə əlaqədardır. Əgər kimnsə işində hansısa nöqsanı varsa, işində hansısa yolverilməz səhvə yol veribsə, əlbəttdə işindən azad olunacaq. Amma ümumillikdə hökümətdə hər hansısa ciddi dəyişiklik olmayacaq”.
Həmçinin Siyavuş Novruzov topdansatış məntəqələrində və bir çox iaşə obyektlərində qiymətlərin qaldırılması məsələsinə də münasibətini bildirib:
“Bildiyimiz kimi, manatın ucuzlaşmasından sonra ölkə prezidenti cənab İlham Əliyev Mingəçevirdə bahalaşmanın qarşısının alınması barədə kompleks tədbirlər həyata keçirəcəyini bildirdi. Bu məsələ iləbağlı hökümətin planları və tədbirləri yaxın günlərdə öz nəticəsini göstərəcək. Hökümət özü bu planları açıqlayacaq. Prezidentin tapşırıqları tam şəkildə həyata keçirilir. Bununla bağlı ciddi çəkildə həm Baş Prokurorluq yanında Korrupsiya İdarəsi, həm prokorluq, həm də ayrı-ayrı nazirliklər, dövlət qurumları ciddi iş aparır və hər şey yaxın günlədrdə ciddi nəzarət altına alınacaq”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024