Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (20-01-2015, 14:53)
ASALA rus əsgərinə qarşı “qisas əməliyyatı”na qərar verdi

Gümrüdəki Rusiyaya məxsus 102 saylı hərbi bazanın əsgərinin bir erməni ailəsini qətlə yetirməsi Ermənistanda anti-Rusiya əhvalını alovlandırıb

 

Yanvarın 12-də Gümrüdə Avetisyanlar ailəsinin altı üzvünü güllələyib öldürən Rusiya hərbi qulluqçusu Valeri Permyakovun qundaqla vurduğu 6 aylıq Seryoja Avetisyanın da ötən gün ölməsi ermənilərin qəzəbini daha da artırıb.
Ermənistanın “Armenia Today” xəbər portalının məlumatına görə, 19 yanvarda yerli və xarici həkimlərin bütün səylərinə baxmayaraq, saat 17.02-də dünyasını dəyişən körpənin dəfni iki gün sonraya, yanvarın 21-nə təyin olunub. Çox güman ki, ailənin 6 üzvünün dəfni kimi Seryoja da izdihamın müşayiəti ilə dəfn ediləcək. Dəfn törənindən sonra vəziyyətin gərginləşəcəyindən ehtiyat edən hakimiyyət nümayəndələri isə Rusiyadan əlavə yardım istəyib.
Prezident Serj Sərkisyan anlayır ki, hadisələr hər an onun hakimiyyətini bitirə bilər. Erməni parlamenti isə Gümrü hadisələri ilə bağlı 20 yanvarda fövqəladə dinləmələr keçirilməsi barədə qərarını son anda ləğv edib. Yayılan məlumata görə, ermənilər fürsət düşən kimi rus əsgərlərdən qisas almağa qərar verdiklərindən Rusiyanın ciddi narahatlığı var. Odur ki, Gümrüdə yüksək təhlükəsizlik tədbirləri həyata keçirilir.
“Daşnakstyun” partiyası və ASALA terror təşkilatı tərəfdarlarının Gümrüdəki bazaya və bu şəhərdəki Rusiya konsulluğuna hücumunun qarşısı polis tərəfindən alınsa da, şəhərdə vəziyyət gərgin olaraq qalır. Bildirildiyinə gör, Gümrüdəki Daşnakstyun partiyasının yerli qərargahında İrəvandan və xaricdən onlarla gənc erməni toplaşıb. Gələn xəbərlərdə deyilir ki, Gümrüdəki vəziyyətin gərginləşməsi və nəzarətdən çıxması ehtimalı yüksək olduğundan Serj Sərkisyan gücsüzlüyünü Rusiya prezidenti Vladimir Putinə rəsmən etiraf edərək ondan kömək istəyib.
Hazırda Gümrüdə qulluq edən rus əsgər və zabitlərinə bazanın ərazisini silahsız tərk etməmək göstərişi verilib. Faktiki olaraq şəhərdə fövqəladə vəziyyətin hökm sürdüyü deyilir. Şəhərə İrəvandan da əlavə polis qüvvələri gətirildiyi bildirilir. Ölkə.az-a Rusiyadakı etibarlı mənbələrdən daxil olan məlumata görə, ASALA terror təşkilatının “qisas əməliyyatı” haqqında Rusiya xüsusi xidmət orqanlarına kəşfiyyat məlumatı daxil olduqdan sonra Moskva hərbi bazanın təhlükəsizliyini gücləndirmək qərarına gəlib. Yanvarın 19-da Moskva vilayətinin Jukovski hərbi hava aerodromundan Gümrüyə iki “Ruslan” tipli ağır hərbi-nəqliyyat təyyarəsi göndərilib. Təyyarənin göyərtəsində yeni elektron naviqasiya və mobil sistemləri, həmçinin Rusiya Baş Kəşfiyyat İdarəsinin əlavə xüsusi təyinatlı rotası Gümrüyə göndərilib. Mənbə bildirir ki, ASALA teror təşkilatı rus zabit və əsgərlərinin başına mükafat təyin edib. Məlumatın detalları haqda hələ məlumat verilmir.
Bu arada erməni jurnalist Hraçya Qalustyan rus əsgər Valeri Permyakovun Gümrüdə bir ailənin 6 üzvünü qətl etməsi xəbərini şərh edərkən 102-ci hərbi bazanın əsgərlərinin özlərini 1945-ci ildə Berlinə girərkən qarşısına çıxan alman qadınlarını zorlayan sovet əsgərləri kimi apardıqlarını yazıb
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024