Dünya (16-01-2015, 13:41)
Ermənistanda yaşayan ruslara görünməmiş qadağa
Gümrüdə rus əsgərinin törədiyi qətl və anti-Rusiya əhval ruhiyyəsinin genişlənməsi ilə əlaqədar olaraq Ermənistanda yerləşən 102 saylı Rusiya hərbi bazasının komandanlığı hərbçilərə Gümrü şəhər sakinlərinin gözününə görsənməməyi tapşırıb
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın “Çorrord işxanutyun” bəyan edib.
Əmrə əsasən Gümrüdə ailəsi olan hərbçilərə bu şəhərdə gecələmək imkanı verilir, subay əsgərlərə isə hərbi hissə daxilində gecələmək tapşırılıb.
Hərbçilərə həmçinin Gümrü şəhərində gəzmək, kafe və digər istirahət yerlərinə baş çəkmək də qadağan edilib. Bundan əlavə Rusiyanın Gümrüdəki konsulluğunun dəstəyi ilə fəaliyyət göstərən rus orta məktəbi də fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb.
“Məlumatlara əsasən hətta, hərbçilərin həyat yoldaşları belə ərzaq məhsulları almaq üçün evdən kənara çıxmırlar. Onlar erməni dostlarından alış-veriş həyata keçirməyi istəyirlər”, - deyə qəzet vurğulayıb.
Qeyd edək ki, yanvarın 12-i Ermənistanın Gümrü şəhərində biri 2 yaşlı uşaq olmaqla 6 nəfərdən ibarət ailə amansızcasına qətlə yetirilib.
Ermənistan İstintaq Komitəsinin sədri Aqvan Ovsepyanın mətbuat katibi bildirib ki, qətldə əsas şübhəli Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakovdur.
Onun sözlərinə görə, cinayət yerində hərbçi ayaqqabısı, AK 74 avtomat silahı, gilizlər və içində güllə olan daraq tapılıb.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024