Rusiyanın "Ədalətli Rusiya - Həqiqət naminə" partiyası Ukraynanın "terrorçu dövlət" kimi tanınmasını təklif edən qanun layihəsi hazırlayıb.

Mediatv.az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, sənəd dövlətlərin terrorçu və terrorun sponsoru kimi tanınması prosedurunu müəyyən edir. Qanun layihəsində Ukraynanın guya "terrorçu dövlətlər"ə aid olduğu da qeyd olunur.

Deputatların təklifinə görə, Rusiya Ukraynaya hərbi mallar tədarük edən ölkəni terrorun sponsoru kimi tanıya bilər. Belə ölkələrin vətəndaşlarının Rusiya Federasiyası ərazisindəki əmlakının müsadirə edilməsi təklif edilir.