Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (22-06-2022, 22:13)
Rusiya qazı kəsilərsə, Almaniya tənəzzüllə üzləşəcək

 Rusiya qazının tədarükü tamamilə kəsilərsə, Almaniya tənəzzüllə üzləşəcək.

Mediatv.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yazır.

Agentliyin məlumatına görə, Aİ ölkələri Rusiyanın Ukraynada hərbi əməliyyatına başladıqdan sonra tədarük böhranının aradan qaldırılması üçün tədbirlər görüb.

Müharibədən əvvəl Aİ Rusiyadan qaz tədarükündən 40% asılı idi, Almaniyada bu rəqəm 55%-ə yüksəlib, agentlik qeyd edir.

Alman Sənaye Assosiasiyası 2022-ci il üçün iqtisadi artım proqnozunu fevralın 24-dək gözlənilən 3,5%-dən 1,5%-ə endirib. O, Rusiya qazının kəsilməsinin Avropanın ən böyük iqtisadiyyatında tənəzzülü qaçılmaz edəcəyini söyləyib.

Əvvəllər Almaniya və Avstriya kömür sənayesinin dirçəldilməsi haqqında düşünərək, kömürlə işləyən elektrik stansiyalarını işə salmaq qərarına gəliblər.

Almaniya Rusiyanın qaz tədarükünü kəsməsi ilə yenidən kömür dövrünə qayıtmaq məcburiyyətində qalıb. Odur ki, ətraf mühiti ciddi şəkildə çirkləndirən kömürlə işləyən elektrik stansiyalarının yenidən fəaliyyətə başlaması qış mövsümünü yanacaqla təmin etmək üçün yaşıllıq və ekoloji gündəmdən uzaqlaşmanın əlamətinə çevrilib.

Nəşr qeyd edib ki, Avstriya da oxşar qərar barədə düşünür.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025