Ukraynada aktivləri olan IDS Borjomi International öz səhmlərinin bir hissəsini Gürcüstan hökumətinə verir.

Mediatv.az xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” agentliyi məlumat yayıb. Rusiyalı oliqarxlara məxsus “IDS Borjomi International” iyunun 13-də elan edib ki, onun majoritar səhmdarı şirkətin səhmlərinin 7,73%-ni təmənnasız olaraq Gürcüstan hökumətinə verəcək və artıq ona nəzarət edə bilməyəcək.

Gürcüstanın icra hakimiyyətinin təklifi rəsmi qəbul etməsindən sonra “IDS Borjomi International” şirkətinin 7,73%-i heç bir kompensasiya ödənilmədən Gürcüstan hökumətinə veriləcək. 

“Əminəm ki, bu müqavilə sayəsində şirkət Gürcüstanda Borjomi mineral sularının istehsalını bərpa edəcək və biz Borjomi-nin Ukraynadakı eksklüziv distribyutoru olaraq ukraynalı istehlakçıları sevimli məhsulu ilə təmin etməyə davam edəcəyik” - Biznesin İnkişafı və Marketinq direktoru Natalia Matusevych deyib.

Xatırladaq ki, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başladıqdan sonra bir çox tanınmış xarici şirkətlər Rusiya bazarından çəkildiklərini bəyan ediblər.