Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (8-06-2022, 17:04)
Sabiq müdirə və universitet əməkdaşına hökm oxundu

Sabiq müdirə və universitet əməkdaşına hökm oxundu

Tərtər Rayon Təhsil Şöbəsinin keçmiş müdiri Yaşar Məhərrəmov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Mediatv.az xəbər verir ki, Y.Məhərrəmov tanışı, 1985-ci il təvəllüdlü Xədicə Əhmədova ilə birlikdə Cinayət Məcəlləsinin 32.4, 312.2-ci (rüşvət vermə) və 178-ci (dələduzluq) maddələri ilə ittiham ediliblər.

Araşdırmalar zamanı məlum olub ki, onlar Tərtərdəki bir neçə məktəbin direktorunun iş yerlərinin dəyişdirilməsi və ya Təhsil Nazirliyi tərəfindən aparılmış yoxlamaların nəticələrinin dəyişdirilməsi adı ilə xeyli miqdarda rüşvətin verilməsində iştirak ediblər. Belə ki, Y.Məhərrəmovun verdiyi məlumatlar əsasında X.Əhmədova həmin təhsil işçilərinin özünü nazirliyin əməkdaşı kimi təqdim etdiyi Günay adlı şəxsə yönləndirib. 

İstintaq orqanı onları 20 min manata yaxın rüşvət verməkdə iştirakda ittiham edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Y.Məhərrəmova 1 il sınaq müddəti təyin edilməklə şərti cəza, X.Əhmədova isə 4 il, 6 ay müddətinə həbs cəzası verilib.

Qeyd edək ki, X.Əhmədova daha əvvəl dələduzluq ittihamı ilə məhkumluq həyatı yaşayıb. O, 2011-2016-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində dispetçer vəzifəsində çalışıb.

Y. Məhərrəmov isə xeyli müddət Tərtərdə məktəb direktoru olub. 2019-cu ildə sabiq təhsil naziri Ceyhun Bayramovun əmri ilə Tərtər rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Ötən il isə o, vəzifəsindən azad edilib.

шаблоны для dle 11.2

Xəbər lenti
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024