Venesuela Prezidenti Nikolas Maduro Türkiyəyə səfər edəcək.

"Mediatv.az" Türkiyə KİV-ə  istinadən xəbər verir ki,  səfər çərçivəsində Maduro Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.Tərəflər arasında iki ölkə arasında münasibətlərin və regional məsələlər, xüsusilə iqtisadi əməkdaşlığın artırılması müzakirə olunacağı bildirilib.