Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (12-05-2022, 14:28)
NATO qoşunları Sankt-Peterburq yaxınlığında yerləşdirilə bilər

Finlandiya NATO-ya daxil olarsa, Alyansın qoşunları Sankt-Peterburq yaxınlığında yerləşə bilər. Bu barədə Çin Müdafiə Nazirliyinin Təhlükəsizlik üzrə Beynəlxalq Əməkdaşlıq Mərkəzinin keçmiş rəhbəri, baş polkovnik Çjou Bo açıqlama verib.

“Finlandiya NATO-ya daxil olarsa, çox güman ki, Alyansın qoşunları Sankt-Peterburqdan iki addımlıq məsafədə olacaq”, – deyə o bildirib.

Çinli polkovnik NATO-nu Moskvanın müvafiq məsələ ilə bağlı mövqeyini ciddi qəbul etməyə çağırıb. Onun fikrincə, Alyans nə qədər populyarlaşarsa, Avropanın təhlükəsizliyi bir o qədər azalmış olar.

“Əgər NATO-nun əsas qorxusu Rusiyanın taktiki nüvə silahlarını işə salmasıdırsa, onda Vladimir Putini qıcıqlandırmaq nəyə lazımdır? Avropanın indi artıq tarixə qovuşan təhlükəsizliyi yalnız Rusiya ilə əməkdaşlıq şərtlərində təmin oluna bilər”, – deyə Bo qeyd edib.

Məsələ ilə bağlı Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev qeyd etmişdi ki, əgər İsveç və Finlandiya Alyansa qoşulsalar, o zaman Alyansın Rusiya ilə quru sərhədlərinin uzunluğu iki dəfədən çox artacaq.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025