Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (22-03-2022, 16:46)
Navalnıy 9 il müddətinə həbs edildi

 Moskvanın Lefortovo Rayon Məhkəməsi hazırda həbsdə olan rusiyalı müxəlifətçi Aleksey Navalnıyı dələduzluq və məhkəməni təhqir etməkdə təqsirli bilib.
Mediatv.az Rusiya KİV-ə istinadən xəbər verir ki, dövlət ittihamçısı məhkəmədən mühakimə olunan bloqer Navalnıyın təqsirli bilinməsini və onun 13 il müddətinə ciddi rejimli koloniyada cəza çəkməsini və 1,2 milyon rubl (hakimi təhqir etdiyinə görə) cərimələnməsini istəyib.
Navalnıy özünü təqsirli bilməyib.
Məhkəmə rusiyalı müxalifətçini 9 il müddətinə azadlıqdan məhrum edib. O, cəzasını ciddi rejimli koloniyada çəkəcək. Navalnıy, həmçinin 1,2 milyon rubl məbləğində cərimə ödəməli olacaq.
Daha əvvəl məhkəmədən “RİA Novosti”yə bildirilmişdi ki, dələduzluqla bağlı cinayət işi bir il əvvəl başladılıb. İstintaqın məlumatına görə, Navalnıy Korrupsiya ilə Mübarizə Fonduna ianə edilən pulun bir hissəsini oğurlayıb və şəxsi ehtiyacları üçün sərf edib.
Sözügedən işin ikinci epizodu isə bloqerə Böyük Vətən müharibəsi veteranı İqnat Artemenkoya böhtan atdığına görə hökm oxuyan hakim Vera Akimovanın təhqir edilməsi ilə bağlıdır – prosesin nəticəsində Navalnıy 850 min rubl məbləğində cərimə olunub.
Qeyd edək ki, ötən il fevralın 2-də Federal Penitensiar Xidmətin tələbi ilə “İv Roşe” işi üzrə müxalifət lideri Aleksey Navalnıyın şərti cəzası ləğv edilərək 3,5 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib. Hazırda o, Vladimir vilayətinin Pokrov şəhərindəki 2 saylı islah koloniyasında cəza çəkir.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024