Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (22-03-2022, 15:16)
Rusiya səfiri Yaponiya XİN-ə çağırıldı

 Rusiyanın Yaponiyadakı səfiri Mixail Qaluzin bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
 
Mediatv.az xəbər verir ki, səfirə Moskvanın Yaponiya ilə sülh danışıqlarından çıxmaq barədə qərarına etiraz bildirilib.
 
“Kiodo” agentliyi yazır ki, etiraz məktubunu rusiyalı diplomata Yaponiya xarici işlər nazirinin müavini Takeo Mori təqdim edib.
 
Qeyd edək ki, bundan əvvəl Yaponiyanın Baş naziri Fumio Kisida Rusiyanın sülh danışıqlarından çıxmaq barədə qərarını qəbuledilməz adlandırıb.
 
Rusiyanın Xarici İşlər Nazirliyi isə martın 21-də yaydığı açıqlamada bəyan edib ki, Moskva Tokionun qeyri-dost addımlarına cavab olaraq Yaponiya ilə sülh danışıqlarından imtina edir, Yaponiya vətəndaşlarının Cənubi Kuril adalarına vizasız səfərini dayandırır, Cənubi Kuril adalarında Yaponiya ilə birgə təsərrüfat fəaliyyətinin qurulmasına dair dialoqdan çıxır.
 
Moskva bu qərarını Yaponiyanın Ukrayna məsələsində nümayiş etdirdiyi mövqe və Rusiyaya tətbiq etdiyi sanksiyalarla əsaslandırıb.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024