Niderland Ukraynaya “Stinger” daşına bilən raket sistemlərinin böyük partiyasını təhvil verib.

"Mediatv.az" xəbər verir ki, bu barədə Niderland mətbuatı məlumat yayıb.

Bildirlib ki, silah 6 kilometrə qədər yüksəklikdə hava hədəflərini vura bilir.

Raketi hədəfə yönəltmək və xəbərdarlıq siqnalından sonra “start” düyməsini sıxmaq kifayətdir. Qalan işləri raketin özü yerinə yetirəcək.