Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (28-02-2022, 22:02)
Rusiya-Ukrayna danışıqlarının daha bir mərhələsi keçiriləcək


Rusiya-Ukrayna danışıqlarının daha bir mərhələsi keçiriləcək


Moskva və Kiyev nümayəndə heyətləri arasında Ukraynadakı vəziyyətin nizamlanması üzrə danışıqlar başa çatıb, tərəflər yeni raundun keçirilməsi barədə razılığa gəliblər.

“Mediatv.az” xəbər verir ki, bu barədə Rusiya mediası yazıb. 


Rusiya nümayəndə heyətinin üzvü, Rusiya Prezidentinin müşaviri Vladimir Medinskinin sözlərinə görə, danışıqlardan sonra iştirakçılar bütün gündəliyi ətraflı şəkildə nəzərdən keçiriblər. Onun sözlərinə görə, ortaq mövqeləri proqnozlaşdırmaq mümkün olan məqamlar tapılıb. O əlavə edib ki, yaxın günlərdə yeni görüş baş tutacaq və bu görüş Polşa-Belarus sərhədində baş tutacaq.

Danışıqlarda iştirak edən Rusiyanın digər nümayəndəsi, Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski qeyd edib ki, danışıqlar baş tutub və bundan sonra nə baş verəcəyi yaxın günlərdə bilinəcək. 

Öz növbəsində, Ukrayna Prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, tərəflər prioritet mövzuları müəyyənləşdiriblər və onlar konkret həll yollarını qeyd ediblər. Nümayəndə heyətləri indi məsləhətləşmələr üçün paytaxtlarına qayıdacaqlar. Podolyak əlavə edib ki, danışıqların ikinci raundu da baş tutsa, bugünkü mövzular işlənib hazırlanacaq. Onun sözlərinə görə, Ukrayna üçün görüşün əsas məqsədi atəşkəsi müzakirə etmək olub.

Qeyd edək ki, Moskvanı görüşdə Medinski, Slutski, xarici işlər nazirinin müavini Andrey Rudenko, müdafiə nazirinin müavini Aleksandr Fomin və Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov təmsil ediblər.

Ukrayna tərəfdən danışıqları Podolyakdan başqa müdafiə naziri Aleksey Reznikov, “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya, xarici işlər nazirinin müavini Nikolay Toçitski, Ali Radanın deputatı Rustem Umerov və Üçtərəfli təmas qrupunda Ukrayna nümayəndə heyətinin rəhbərinin birinci müavini Andrey Kostin aparıb.

шаблоны для dle 11.2

Xəbər lenti
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024