Dünya (29-01-2022, 16:36)
Putin Zelenski ilə görüşə bilər - Kremldən REAKSİYA
Pekində keçiriləcək Olimpiya Oyunları üçün Çinə gedəcək Rusiya Prezidenti Vladimir Putin koronavirus məhdudiyyətlərinə görə heç bir ikitərəfli görüş planlaşdırmır, onun prezident Vladimir Zelenski ilə də heç bir planı yoxdur, lakin bunu tamamilə istisna etmək olmaz.Mediatv.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
“COVLD-19 məhdudiyyətlərinə görə ikitərəfli görüşlər planlaşdırılmır. Zelenski ilə də görüşmək planı yoxdur. Baxmayaraq ki, biz bunu tamamilə istisna edə bilmərik”, - Peskov bildirib.
Rusiya liderinin Pekində Çin lideri Si Cinpinlə ikitərəfli danışıqları və Oyunların açılış mərasimində iştirak etməsi planlaşdırılır.
Pekində Qış Olimpiya Oyunları gələn ay - fevralın 4-dən 20-dək keçiriləcək. Çin Mərkəzi Televiziyası cümə günü bildirib ki, Çin tərəfi Oyunların açılış mərasimində müxtəlif dövlətlərin, hökumətlərin və beynəlxalq təşkilatların 20-dən çox liderinin şəxsi iştirakını gözləyir.
COVID-19 pandemiyası ilə əlaqədar Oyunlar bir sıra məhdudiyyətlərlə keçiriləcək.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
İri investor «Finoko» BOKT-dan pulunu tələb edir - əmlakı və lizinqdəki avtomobillərinə HƏBS QOYULDU
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025


























