Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (25-01-2022, 16:11)
KTMT-nin keçmiş rəhbəri Ermənistan-Azərbaycan sərhədindən DANIŞDI

 Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası müxtəlif insidentləri istisna edərdi.

Mediatv.az xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Msüqaviləsi Təşkilatının (KTMT)  keçmiş baş katibi Nikolay Bordyuja yanvarın 25-də İrəvan-Moskva telekörpüsü zamanı erməni jurnalistlərin suallarını cavablandırarkən deyib.
Sabiq baş katibin sözlərinə görə, o, Qarabağ münaqişəsinin, eləcə də Ermənistan-Azərbaycan sərhədinin problemlərini kifayət qədər yaxşı bilir.

“Uzun illər bu məsələlərlə məşğul olmuşam. Mən KTMT-nin Qazaxıstandakı hadisələrə reaksiyası ilə Ermənistan-Azərbaycan insidentinə münasibətini müqayisə etməzdim.
Ermənistan və Azərbaycana sərhədlərin yaradılması və tanınmasında köməklik göstərməyin zəruriliyindən danışardım. Bu isə öz növbəsində birgə qrupların yaradılması, arxivlərdən, o cümlədən Rusiyadan materialların alınması deməkdir. Söhbət başqa şeylərlə yanaşı, müxtəlif dövrlərin xəritələrindən gedir. Sərhədlər məsələsində qarşılıqlı məqbul həllər əldə etmək lazımdır”, - Bordyuja vurğulayıb.
O, əminliklə bildirib ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası silahlı münaqişələr və atışmalarla bağlı məsələləri dərhal istisna edəcək.

 KTMT-nin keçmiş rəhbəri xatırladıb ki, delimitasiya və demarkasiya qrupları vaxtilə Rusiya və Çin, eləcə də Rusiya və Qazaxıstan tərəfindən də yaradılıb:

“Həmçinin digər mübahisəli ərazilər və ehtiraslar var idi. Buna baxmayaraq, tərəflər diplomatik üsullarla qarşılıqlı məqbul həll yolları tapa biliblər. Düşünmürəm ki, indiki mərhələdə KTMT qoşunlarının Ermənistan ərazisinə daxil olması ilə bağlı məsələlərdən danışmaq və ya işləmək olar. Rusiya sülhməramlılarının Qarabağda olması sabitliyin təminatıdır”.шаблоны для dle 11.2

Xəbər lenti
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025