Dünya (11-01-2022, 11:17)
Qarabağdakı rus sülhməramlıların yeni komandanı o oldu
Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinə yeni komandan təyin olunub.
Mediatv.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, həmin şəxs general-mayor Andrey Volkovdur.
A. Volkov hazırda Cənub Hərbi Dairəsinin Radiasiya, Kimya və Bioloji Müdafiə qoşunlarının rəisidir.
O, 2020-ci ilin noyabrından 2021-ci ilin may ayına qədər general-leytenant Rüstəm Muradovun rəhbərliyi altında sülhməramlıların komandanının müavini olub.
Qeyd edək ki, Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin ilk komandanı Rüstəm Muradov olub və onun missiyası 2021-ci ilin sentyabrın 6-da başa çatıb. Sentyabrın 9-da Muradovun yerinə general-mayor Mixail Kosobokov təyin olunmuşdu. Sentyabrın 25-i isə bu vəzifəyə general-leytenant Gennadiy Anaşkin təyin olunub.



























