Dünya (12-11-2021, 23:12)
Gorus icmasının sədr müavini həbs edildi
Ermənistanın Sünik vilayətinin Gorus icmasının sədr müavini Menua Ovsepyan həbs edilib.
Mediatv.az xəbər verir ki, bu məlumatı “Sputnik Ermənistan”a onun vəkili Armen Melkonyan təsdiqləyib.Ötən gün keçirilən iclasda Apellyasiya Məhkəməsi də analoji qərar çıxarsa da, penitensiar müəssisələrə bu barədə gec xəbər verilib.Ovsepyan iki dəfə nümayişkaranə şəkildə “Gorus” cəzaçəkmə müəssisəsinə gəlsə də, onu həbs etməkdən imtina ediblər.“O, yenidən könüllü olaraq həbs olunduğu cəzaçəkmə müəssisəsinə gəlib”, - deyə vəkili bildirib.
Xatırladaq ki, oktyabrın 14-də Sünik vilayətinin ümumi yurisdiksiya məhkəməsi Ovsepyanın 30 milyon dram (60 min dollardan bir qədər çox) girov müqabilində azadlığa buraxılması barədə qərar çıxarsa da, noyabrın 11-də Apellyasiya Məhkəməsi girovun həbslə dəyişdirilməsi barədə qərar çıxarıb.
Ovsepyan seçicilərə rüşvət verməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.


























