Dünya (10-11-2021, 21:51)
Tiflisdə etiraz aksiyası: Meliya sabahın proqramını açıqladı
Tiflisdə keçmiş prezident Mixail Saakaşviliyə dəstək aksiyasında 46 nəfər saxlanılıb.Mediatv.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Etirazçıların “Sərbəst toplaşmaq və ifadə azadlığı haqqında” qanundan kənara çıxması, həmçinin inzibati binaların girişlərini bağlamaq cəhdləri zamanı polis 46 nəfəri saxlayıb”, - məlumatda qeyd olunub.
Nazirlik etirazçıları və siyasi liderləri Gürcüstan Konstitusiyasına əməl etməyə, hüquq-mühafizə orqanları əməkdaşlarının fəaliyyətinə hörmətlə yanaşmağa və qanundan kənara çıxmamağa, polisin qanuni tələblərinə tabe olmağa və ictimai asayişi qorumağa çağırıb.
Qeyd edək ki, bu gün səhərdən etibarən Mixail Saakaşvilinin tərəfdarları Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti, Ədliyyə Nazirliyi və Səhiyyə Nazirliyinin binası qarşısında etiraz aksiyaları keçirirlər. Etirazçılar Mixail Saakaşvilinin azadlığa buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.
***
Gürcüstanda müxalifətin növbəti aksiyası noyabrın 11-də davam etdiriləcək.
Bu barədə Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliya məlumat verib.
O qeyd edib ki, aksiya Vaja Pşavela prospektində, saat 14:00-da başlayacaq.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025

























