İsrail Baş naziri Naftali Bennett Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. 

Mediatv.az xəbər verir ki, bu məlumatı İsrail Baş nazirinin mətbuat xidməti yayıb.

Məlumata görə, Bennett oktyabrın 22-də Soçiyə səfər edəcək və burada Vladimir Putinlə görüşəcək.

Tərəflərin təhlükəsizlik, iqtisadiyyat, regional məsələlər, ilk növbədə isə İranın nüvə silahlanmasını müzakirə edəcəyi vurğulanıb.