Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (10-10-2021, 17:37)
İraqda seçki məntəqəsi atəşə tutuldu

İraqda seçki məntəqəsi atəşə tutuldu

İraqın Diyala vilayətinin Əl-Sədiyyə bölgəsindəki seçki məntəqəsi avtomat silahlardan atəşə tutulub.

Mediatv.az xarici KİV-ə istinadən xəbər verir ki, məntəqədən bir qədər uzaq məsafədə dayanan avtomobildən açılan aramsız atəş nəticəsində iki polis əməkdaşı yaralanıb.

Təhlükəsizlik xidmətinin əsgərləri tərəfindən qarşılıqlı atəşə tuş gələn cinayətkarlar dərhal hadisə yerini tərk ediblər.


Polis və xüsusi xidmət orqanları genişmiqyaslı əməliyyata başlayaraq məntəqəni atəşə tutanları axtarmağa başlayıb.

Qeyd edək ki, bu gün İraqda növbədənkənar parlament seçkiləri keçirilir. Parlament seçkilərində 167 partiyadan 3 min 249 namizəd iştirak edir. Seçki məntəqələri yerli vaxtla saat 07:00 açılıb və 18:00 bağlanacaq.

İraqın Mərkəzi Seçki Qərargahının verdiyi məlumata əsasən, əhalinin 69 faizi səsvermədə iştirak edib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025