Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (7-10-2021, 14:28)
Paşinyan İrandan razılıq gözləyir: - İrəvan “Altılıq” formatına Tehranın gözü ilə baxır

Paşinyan İrandan razılıq gözləyir:
Rusiyanın xarici işlər naziri Sergey Lavrov 6 oktyabrda iranlı həmkarı Hüseyn Əmir Abdollahian ilə keçirdiyi birgə brifinqdə Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin "3+3" regional format yaratmaq haqda Şuşa təşəbbüsünün müzakirə edildiyini söylədi. Rusiya nazirinin sözlərinə görə, İranın müsbət münasibəti var, hazırda Ermənistan tərəfi ilə iş aparılır.

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan parlamentinin tribunasından S.Lavrovun verdiyi açıqlamaya münasibət bildirib. Bu barədə erməni mətbuatı yazır. Onun sözlərinə görə, Ermənistan hər şeydən əvvəl hansı konkret formatların müzakirə edildiyini, hansı məqsədlə, hansı şəraitdə və hansı prinsiplərə əsasən işləyəcəyini anlamalıdır. Yalnız bundan sonra Ermənistan tərəfi bu məsələ ilə bağlı dəqiq mövqe bildirəcək.

Ermənistan bununla zaman qazanmağa çalışır, yoxsa həqiqətən bu formatda maraqlıdır?

Bununla bağla Cebhe.info-ya açıqlama verən sabiq diplomat, politoloq Fikrət Sadıqov Paşinyanın “3+3” platformanın əsas məqsədlərindən xəbərsiz olduğunu düşünmədiyini bildirib:

“Çünki Nikol Paşinyanın bəyanatında çox böyük ziddiyyətlər var. Onun Ermənistan parlamentdəki çıxışı da həqiqətə uyğun deyil. Çünki “3+3” formatı Paşinyana çox yaxşı məlumdur. O, hansı ölkələrin bu platformada olacağını, hansı məqsədlər qoyulacağını və hansı məsələlərin əsas prioritet olacağını gözəl bilir. Hesab edirəm ki, sadəcə müəyyən detallar ona bəlli olmaya bilər. Lakin Ermənistanın xarici işlər naziri sürətlə müxtəlif ölkələrə səfərlərə gedir və bu format haqqında danışıqlar aparır. Hər halda o, bunun barəsində Paşinyana məlumat verib. Ona görə də Paşinyanın bu açıqlamasındakı səmimiyyətinə inanmıram. Düşünürəm ki, Paşinyan “altılıq” formatı ilə bağlı məsələləri uzatmağa və hansısa dövlətlərin razılığını almağa çalışır. Görünür, İranla Ermənistanla yaxınlığı Paşinyanı bəzi məsələlərdə Tehranın maraqlarına zidd addım atmamağa vadar edir”.

Politoloqun fikrincə, İran hazırda müəyyən manevrlər etməyə çalışır. Onlar qonşuluq əlaqələrinə sadiq dövlət olduqlarını göstərmək istəsələr də, bundan uzaq siyasi addımlar atırlar:

"Bununla yanaşı, Rusiya faktoruna görə Gürcüstanın da bu platformada yer almayacağını düşünürəm”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025