Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (6-10-2021, 12:16)
AB müdafiə strategiyası ilə bağlı Borrelə tapşırıq verdi

 Avropa Birliyi liderləri Sloveniyadakı qeyri-rəsmi sammitdə AB-nin baş diplomatı Jozep Borrellə AB-nin müdafiə strategiyası üzərində fəaliyyətini davam etdirmək tapşırığı verib.
Mediatv.az xəbər verir ki, Borrell sənədi noyabrda AB müdafiə nazirlərinin iclasında təqdim etməlidir.
Qeyri-rəsmi sammitdən sonra jurnalistlərə açıqlama verən Borrell ümumi strategiyanın önəmli olduğunu bildirib:
“Avropalılar ümumi strategiya yaratmalı, toqquşduğu çağırışlara qarşı birgə mübarizə aparmalıdır. “Strateji kompas”da məhz bundan söhbət gedir. Avropa Şurası mənə fəaliyyəti davam etdirmək tapşırığı verib ki, onu noyabrda müdafiə nazirlərinin iclasında təqdim edim”.
Qeyd edək ki, AB liderlərinin qeyri-rəsmi sammitini Avropa Şurasının Prezidenti Şarl Mişel çağırmışdı.
AB artıq bir neçə ildir “Strateji kompas” adını alan müdafiə və təhlükəsizlik sahəsində ümumi strategiya hazırlayır.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025