Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (5-10-2021, 22:12)
ABŞ: İran bir neçə aya atom bombası hazırlayacaq!

 İran nüvə proqramında əhəmiyyətli irəliləyiş əldə edib və nüvə bombası hazırlamaq ərəfəsindədir.
Mediatv.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezident Administrasiyasındakı mənbələr məlumat yayıb.
Tehran cəmi bir neçə aya atom bombası hazırlamaq üçün kifayət qədər zənginləşdirilmiş uran əldə edə bilər.
“Aydındır ki, bu olduqca narahatedici xəbərdir”, - mənbə qeyd edib.
Agentlik ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivanla İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Eyal Kulata arasındakı görüşün detallarını da açıqlayıb. Mənbə ABŞ-ın İranın nüvə probleminin diplomatik həllinə sadiq qalacağını bildirib.
“Amma Vaşinqton nüvə silahı istehsal edən və sahibi olan başqa bir dövlətin yaranmasının qarşısını almaq üçün başqa üsullardan istifadə etməyə hazırdır. İran heç vaxt nüvə silahına sahib ola bilməz, bu vədimizə tam sadiqik”, - ABŞ-ın rəsmi nümayəndəsi deyib.
Mənbə söhbətin İrana qarşı hərbi gücdən istifadə edilib-edilməməsindən gedib-getmədiyini yazmayıb.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025