Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror təşkilatına qarşı əməliyyat keçirib.
Mediatv/az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyinin “Twitter” hesabında məlumat yayılıb.Əməliyyat zamanı “Atak” helikopteri ilə PKK terror təşkilarının 2 üzvü zərərsizləşdirilib. Ümumilikdə bu gün zərərsizləşdirilən terrorçuların sayı 12-yə çatıb.

























