Dünya (30-08-2021, 12:49)
“Artıq heç nə əvvəlki kimi olmayacaq... - “Akınçı” həm də Azərbaycanın gücüdür”
“Bayraqdar” texnologiya şirkəti tərəfindən istehsal olunan (Akıncı Taarruzi İnsansız Hava Aracı -TİHA) pilotsuz zərbə aparatlarının Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil edilməsi münasibətilə Təkirdağda keçirilən tədbirdə Azərbaycan da təmsil olunub.
Azərbaycanın Ankaradakı səfirliyindən verilən məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak və çıxış etdiyi tədbirdə Azərbaycanın Türkiyədəki hərbi attaşesi polkovnik Müşfiq Məmmədov da iştirak edib.
“Akıncı” TİHA inkişaf etdirilmiş texniki imkanlar sayəsində döyüş təyyarələrinə məxsus bəzi funksiyaları həyata keçirmək qabiliyyətinə malikdir. Azərbaycan Ordusunun gələcəkdə “Akıncı” TİHA-nın sifarişçilərindən olacağı ehtimal edilir.
Türkiyəli ehtiyatda olan general Yücel Karauz sözügedən silahın əhəmiyyəti barədə “Sherg.az”a danışdı:
“Belə demək mümkünsə, yeni növ PUA “hərbi xidmətə başladı”. Bu ad Osmanlı tarixindən gəlir. “Akıncı”nın istehsalında müasir texnologiyadan, 100-ə yaxın internet sistemindən istifadə olunub. Ağırlığı altı tondur, 1.5 ton yük daşıya bilir. 11 min metr yüksəkliyə qalxa bilən bu təyyarə havada 25 saatdan çox qalır. Beləliklə, Türkiyə özünün PUA istehsalı istiqamətində yeni mərhələyə qədəm qoydu. İndiyədək müharibələrdə, o cümlədən Qarabağdakı hərbi əməliyyatlarda “Bayraktar”lar nə edirdisə, bundan sonra da “Akınçı” onu edəcək. Sözügedən silahın əvvəlkilərdən fərqi təkcə quru müharibələri üçün yox, həm də hava mübarizələrindən ötrü nəzərdə tutulmasıdır. Artıq heç nə əvvəlki kimi olmayacaq. “Akınçı” həm də Azərbaycanın gücüdür. Deməli, dostlar sevinməli, düşmənlər düşünməlidirlər”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025























