Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (26-03-2020, 13:02)
Türkiyədə də koronavirusla bağlı vəziyyət gərgininləşir

 Ümumdünya Səhiyyə Təşkilatı və demək olar, bütün dünya ölkələrinin hökumətləri insanları yeni koronavirus epidemiyası ilə bağlı tədbirli olmağa, gigiyena qaydalarına, tətbiq olunan qadağalara riayət etməyə çağırsalar da, Azərbaycan da daxil olmaqla, bir çox ölkələrdə bu epidemiyanın real təhlükəsi təəssüf ki, hələ də tam dərk olunmayıb. Ancaq bu virusun yaratdığı fəsadlarla bağlı dünyanın müxtəlif nöqtələrindən yayılan görüntülər bir daha koronavirusun miqyası və təhlükəlilik səviyyəsi barədə aydın təsəvvür yaradır.
Qardaş Türkiyədə də bu pandemiya ilə bağlı vəziyyət günbəgün gərgininləşməkdədir. Artıq ölkədə koronavirusa yoluxanların sayı 2500-ə, bu bəladan ölənlərin sayı isə 59-a çatıb. Ölkədə durumun getdikcə ağırlaşdığını İstanbulun Bakırköy Sadi Konuk Xəstəxanasından çəkilmiş kadrlar da sübut edir.
İnternetdə yayılan həmin videodan göründüyü kimi, koronavirusa yoluxduqları güman edilən insanlar xəstəxanada testdən keçmək üçün uzun növbələr yaradıb. Ayaq üstə gözləyənlərə növbənin nə zaman çatacağı isə bəlli deyil.
Həmin kadrlar hətta Türkiyə kimi inkişaf etmiş, güclü səhiyyə sisteminə malik ölkədə belə, bu pandemiya ilə mübarizə aparmağın nə qədər çətin olduğu, xəstəxana palataları, tibbi personal və ləvazimatlar sarıdan problemlər yaşandığı açıq-aşkar görünür.
Xatırladaq ki, ilk dövrlərdə Türkiyədə də İtaliya, İspaniya və digər ölkələrdə olduğu kimi, əhalinin koronavirus təhlükəsinə biganə yanaşdığı müşahidə olunurdu. Ancaq hadisələrin hazırkı gedişi vəziyyətin nə qədər ciddi olduğunu isbatlayır və heç birimizin arzulamadığı halda, qardaş ölkədə də İtaliya, İspaniya təcrübəsinin təkrarlanması ehtimalını artırır.
Bu görüntülər bizim üçün də həyəcan siqnalı hesab oluna bilər. Təəssüf ki, ölkəmizdə hələ dəəhalinin əhəmiyyətli hissəsi bu virusun yaratdığı təhlükəyə adekvat davranmır. Xüsusilə də paytaxt Bakıda hökumətin bütün qadağa və xəbərdarlıqlarına rəğmən insanların aktiv yerdəyişməsi, gigiyena və karantin tələblərinə uymaması, lüzumsuz səfərlər etməsi, görüşlər keçirməsi və s. kimi hallar həddindən artıq çox sayda müşahidə olunmaqdadır. 
Nəzərə alaq ki, Azərbaycanın səhiyyə sistemi heç də Türkiyənin, İranın və Avropa ölkələrinin səhiyyə sistemlərindən irəlidə deyil. Və o da qeyd olunmalıdır ki, hətta dünyanın ən mükəmməl səhiyyə sistemlərinə, böyük imkanlara malik dövlətləri belə bu virusla mübarizə aparmaqda acizdirlər.
Odur ki, bizdə də bu kadrlarda müşahidə olunan vəziyyət yaranacağı təqdirdə, bunun hansı nəticələr verəcəyini təsəvvür etmək o qədər də çətin deyil. Ona görə də, bir daha hökumət yanındakı Operativ Qərərgahın tələb və qadağalarına, həkimlərin tövsiyyələrinə daha diqqətli və intizamlı şəkildə riayət edilməsinin vacibliyini xatırlatmaqda fayda var.шаблоны для dle 11.2

Xəbər lenti
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
1 12 2025