Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (17-03-2020, 16:53)
Dünya ölkələri koronavirusa görə sərt tədbirlərə əl atıb

 Koronavirus pandemiyası dünya ölkələrini sərt tədbirlərə əl atmağa məcbur edib. Mediatv.az xəbər verir ki, Rusiyada artıq Dövlət Dumasının deputatları da kartantinə alınır. Sərhədlər əcnəbilərin üzünə qapadılıb.
İranın Prezidenti Həsən Ruhani isə tibbi personalın işini asanlaşdırmaq üçün xalqa zəruri hallar istisna olmaqla evdən çıxmamaları ilə əlaqədar çağırış edib.
Ukraynada isə hətta ictimai nəqliyyat da məhdudlaşdırılıb. Kiyev metrosu aprelin 3-nə qədər fəaliyyətini dayandırıb.
Fransada faktiki olaraq fövqəladə rejim hökm sürür. İnsanların zəruri hallar istisna olumaqla küçəyə çıxması yasaqlanıb. Qadağanı pozanlar isə cərimələnəck.
İtaliya və İspaniyada da oxşar vəziyyət hökm sürür. Hər iki ölkədə vətəndaşlara küçəyə çıxmaq qadağ edilib.
Ümumiyyətlə Şengen ölkələri 30 gün müddətinə qeyri-avropalılar üçün sərhədləri bağlayıb.
Səudiyyə Ərəbistanı 16 gün dövlət qulluqçularının işə  getməməsinə qərar verib.
Qazaxıstanda 16 mart - 15 aprel tarixləri arasında fövqəladə vəziyyət elan edilib. Bu çərçivədə diplomatlar və beynəlxalq təşkilatların nümayəndələri istisna olmaqla  xarici ölkə vətəndaşlarının ölkəyə girişi bu gündən dayandırılıb.
Özbəkistanın Baş naziri Abdulla Aripov  sərhəd məntəqələrinin bu gündən etibarən bağlanacağını, universitetlər, orta məktəblər və uşaq bağçası-körpələr evlərində tətil elan ediləcəyini bildirib.
Finlandiyada isə məktəblər, mədəniyyət ocaqları karantinə alınıb. Bütün sosial tədbirlər təxirə salınıb. 10 nəfərdən artıq insanın iştirak etdiyi yığıncaqlar yasaqlanıb. Yaşı 70 və ondan yuxarı olan insanların küçəyə çıxması qadağan edilib. Bütün bunlar barədə Finlandiyanın Baş naziri Sanna Marin keçirdiyi mətbuat konfransında məlumat verib.шаблоны для dle 11.2

Xəbər lenti
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025