Dünya / Slayd (14-08-2014, 17:51)
Dərbənddə Qurbanovlara qarşı “təmizləmə” əməliyyatı
Avqustun 8-də Dağıstan Daxili İşlər Nazirliyinin İqtisadi Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin maskalı əməkdaşları Dərbənd rayon icra hakimiyyətinin binasına basqın edib
"Mediatv.az"ın Dağıstandakı mənbələrdən əldə etdiyi məlumata görə, əməliyyat zamanı son 7 ilin bütün sənədləri müsadirə edilib.
İdarə əməkdaşlarının icra hakimiyyətinin işçilərinə qarşı zorakılıq etdiyi deyilir. Avqustun 11-də isə Dağıstan Hesablama Palatası icra hakimiyyətinə gələrək Qurban Qurbanovun fəaliyyətini araşdırmağa başlayıb. Hazırda Dərbənd icra hakimiyyətinin fəaliyyətinin iflic olduğu bildirilir. Q. Qurbanov isə bununla bağlı keçirdiyi mətbuat konfransında ona qarşı təzyiqlərin olduğunu deyərək keçirilən əməliyyatları qanunsuz adlandırır.
“Dağıstan rəhbərliyi mənə qarşı mütəmadi şəkildə təzyiqlər edir. Məcbur edirlər ki, istefa ərizəmi yazım. Mənə qarşı təzyiqlərin olması ilə qardaşımın vəzifədən çıxarılması arasında uyğunluq var”, - deyə Dərbəndin azərbaycanlı rəhbəri bildirib.
Məlumat üçün bildirək ki, Q. Qurbanovun qardaşı Maqomed Qurbanov Dağıstanın Azərbaycandakı nümayəndəliyinin rəhbəri olub. Ötən il Muxtar Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipov tərəfindən vəzifəsindən çıxarılıb. Yayılan məlumatlara görə, Qurbanovlar ailəsinə qarşı təzyiqlər Dağıstanın avar klanı tərəfindən həyata keçirilir. Əsas səbəb kimi isə onların rəsmi Bakı ilə yaxın münasibətlərə malik olmasıdır.
M. Qurbanovdan sonra Dağıstan nümayəndəliyində rəhbər postu bir ilə yaxın boş qalıb. Yalnız ötən ay Abdulatipovun sərəncamı ilə kumık əsilli Marat İsgəndərov nümayəndəliyə rəhbər təyin edilib.
Qeyd edək ki, R. Abdulatipov iyulun 23-də Dağıstan dövlət televiziyasında çıxışı zamanı Dərbənd icra hakimiyyətinin rəhbəri Q. Qurbanovu istefaya çağırıb. Buna etiraz olaraq 1000-ə yaxın azərbaycanlı icra hakimiyyəti binasının qarşısına toplaşaraq etiraz aksiyası keçirib. Q. Qurbanov “mənə 47 min insan səs verib, mənim istefa vermək fikrim yoxdur” açıqlaması ilə çıxış edib.
Məlumata görə, Q. Qurbanova qarşı aparılan əməliyyatlar onun əvəzlənməsi ilə bağlıdır. Mənbə onun yerinə əslən tabasaranlı olan keçmiş ədliyyə naziri Azadi Rəhimovun gətiriləcəyini deyir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024