Dünya (17-07-2014, 00:47)
Şuşanı alan general neft kəmərlərimizi vurmaqla HƏDƏLƏDİ
Bu günlərdə Kəlbəcərdə Azərbaycan sakinlərinin ermənilər tərəfindən girov götürülməsi ilə bağlı “Armenia today” nəşrinin sualllarına cavab verən bizlərin “meşə tülküsü”, ermənilərin “komandos” ləqəbi iə tanıdığı general-mayor Ter-Tadevosyan Azərbaycanla ikinci Qarabağ savaşının başlanması ehtimalından da danışıb. “Meşə tülküsü” son günlər bu ehtimalın artmadığını vurğulayaraq deyib:
“Azərbaycanlılar anlayırlar ki, əgər müharibə başlasa, ilk növbədə onların neft kəmərləri hədəfə çevrilə bilər. Həmin neft kəmərlərindən yararlanan Avropa ökələri də savaşın bərpasına imkan verməz. Ancaq bütün hallarda, məsələn, hazırda Azərbaycan Ordusu tərəfindn mütəmadi atəş altında saxlanılan Tavuş rayonunun Çinaru kəndindən Azərbaycanın neft kəmərlərini asanlıqla vurmaq olar... Azərbaycanlılar bu günədək müharibə haqqında çox danışıblar: “Bu gün başalaya bilər, sabah başlaya bilər”. Bütün bunlar gerçəkliyə uyğun deyil...”.
Xatırladırıq ki, Bakıda Hərbi Komandirlər Məktəbini bitirmiş general Ter-Tadevosyan 1992-ci ildə ermənilərin Qarabağ qüvvələrinin komandanı kimi Şuşanın işğalına nail olmuşdur.