Dünya / Slayd (9-03-2014, 10:29)
ABŞ Rusiya ilə müharibəyə başlaya bilər
Mediatv.az:Əgər Ukraynadakı böhran tələb edərsə, ABŞ ordusu NATO qarşısında öhdəliklərini yerinə yetirməyə hazırdır. Bu barədə ABŞ qərargah rəislərinin birləşmiş komitəsinin sədri Martin Dempsi bildirib. ABŞ-ın “PBS” telekanalının jurnalistinin suallarına cavab verən general Dempsi bildirib ki, bu sual böyük müzakirələr tələb edir və hadisələrin necə inkişaf edəcəyindən asılıdır. "Amma unutmayın: biz NATO üzrə müttəfiqlərimiz qarşısında öhdəliklər daşıyırıq. Və mən əmin etmək istəyirəm ki, əgər bu öhdəliklərin yerinə yetirilməsini tələb edən durum yaranarsa, biz buna cavab verəcəyik",- deyə Dempsi bəyan edib. General həmçinin əlavə edib ki, əgər Ukraynadakı etnik rusların müdafiəsi bəhanəsi ilə Rusiyanın suveren ölkəyə girməsinə imkan verilərsə, onda bütün Şərqi Avropa və Balkanlar sabitliyin pozulması təhlükəsi qarşısında qalacaqlar. (ANS)