Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (13-04-2014, 12:52)
Donetskdə dövlət idarələri ələ keçirildi

 

Özlərini “Donetsk Xalq Respublikası”nın Slavyan batalyonunun döyüşçüləri adlandıran Rusiya yönümlü silahlı şəxslər Kramatorsk şəhər milis şöbəsini ələ keçiriblər. 

Mediatv.az-ın məlumatına görə, inzibati binaya hücum zamanı silahlı şəxslər və milis əməkdaşları arasında atışma baş verib. İlkin məlumata görə, hücum edənlər Kramatorsk milis şöbəsini “Kalaşnikov” avtomatlarından və “Makarov” tipli tapançadan atəşə tutublar.

Atışma zamanı bir nəfər yaralanıb. Onun hansı düşərgənin nümayəndəsi olduğu hələlik məlum deyil. Krasnıy Liman rayonunda milis əməkdaşları şöbədə mövqe quraraq silahlıların hücumunu gözləyir. 

Slavyansk şəhərində isə zəbt olunan milis şöbəsindən ələ keçirilmiş silahlar şəhərin meydanında yerli sakinlərə paylanılır. Məlumata görə, əsasən, kriminal elementlər və narkomanlar silahlandırılır.

Ukrayna mətbuatı yerli əhalinin onların hərəkətlərindən narazı olduğunu yazır. Yerli sakinlərin sözlərinə görə, yerli milis şöbəsinə və Təhlükəsizlik Xidməti idarəsinə hücumu birbaşa Rusiya hərbçiləri həyata keçirib, hadisə yerində olan yerli silahlı sakinlər isə əməliyyatı, sadəcə, pərdələyiblər.

Bundan başqa, Ukrayna Təhlükəsizlik Xidmətinin yerli idarəsinin binası ələ keçirildikdən sonra, Rusiya hərbçiləri UTX əməkdaşlarını bir neçə saat dindirib. Silahlı şəxslər arasında olan mənbə bildirib ki, onların qarşısına Rusiya qoşunları üçün Slavyansk-Krasnıy Liman-Rovenki marşrutu üzrə “yaşıl dəhliz” yaratmaq tapşırığı qoyulub. Lakin silahlıların rəhbərləri bu məlumatı hələlik təsdiqləməyib.

Daha bir hadisə Donetskdəki kimya zavodunda baş verib. Silahlı şəxslərin zavoda hücum etdikləri xəbəri yayılıb. Bu barədə Ukrayna DİN-nin saytında məlumat verilib. Qurumun məlumatına görə, Ukrayna Milli Qvardiya tərəfindən mühafizəsi həyata keçirilən Donetsk Kimya Zavoduna hücum aprelin 12-də, günün ikinci yarısında törədilib. “Milis əməkdaşlarının qətiyyətli və peşəkar tədbirləri nəticəsində hücum edənlərdən 2-si tərksilah edilərək saxlanılıb. Hüquq mühafizəçilərdən 1 nəfər bədən xəsarətləri alıb”, deyə açıqlamada bildirilir.

Xatırladaq ki, bir müddət əvvəl yerli KİV-lər Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının ölkədə fövqəladə vəziyyətin elan olunması məsələsini müzakirə etdiyini bildiriblər. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024