Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (20-02-2014, 20:14)
Ukraynada polisə silah paylanıldı

 

Kiyevdə hüquq-mühafizə orqanlarının əməkdaşlarına silah paylanılıb. Bu silahdan “Milis haqqında” qanuna uyğun olaraq istifadə ediləcək. 

 

“Qafqazinfo”nun  APA-ya istinadən məlumatına görə, bu barədə Ukrayna daxili işlər naziri Vitali Zaxarçenkonun bəyanatında deyilir.

Nazir vətəndaşlara videomüraciətində qeyd edib ki, etirazçılar xəbərdarlığa rəğmən qanuna zidd əməllərinə son qoymayıblar. Onun sözlərinə görə, onlar milis işçilərinə atəş açıb, nəticədə 29 nəfər xəstəxanaya yerləşdirilib, ölənlər var.

“Atəşkəs pozulub, ekstremistlər hücumlarına davam edirlər. Ukrayna Təhlükəsizlik Xidməti yanında antiterror mərkəzinin fəaliyyəti çərçivəsində müvafiq əmrlər imzalamışam. Hüquq-mühafizə orqanlarının əməkdaşlarına silah paylanılıb”, - deyə o vurğulayıb.

Qanuna əsasən, silah vətəndaşları hücumdan qorumaq, milis əməkdaşlarına və yaşayış obyektlərinə hücumu dəf etmək üçün istifadə olunacaq.

Nazir etirazçılardan silahları təhvil verməyi də tələb edib. 

***

Kiyevdə nümayişçilər və güc strukturlarının toqquşması nətijəsində 100 nəfər düynasını dəyişdikdən sonra inzibati idarələr və şəhər sakinləri Dneprin sağ sahilini tərk edirlər.

ANS PRESS-in məlumatına görə, sol sahilə gedən yollarda hərəkət çətinləşib. Həmçinin Ukrayna paytaxtının mərkəzi boşalıb. Küçələrdə qurulmuş polis kordonları götürülüb, işıqforlar işləmir. Nəqliyyat nizamsız işləyir. İşdən tez buraxılmış insanlar şəhər mərkəzini tərk etməyə başlayıblar. Banklar, notaruis kontorları, mağazalar bağlanıb. Küçələrdə piyadalar çox az görünür və hamısı mərkəzdən kənara doğru gedir. Adamlar ərzaq mağazalarında, yanacaq doldurma stansiyalarında uzun növbələr yaradıblar. Kiyevdən qərb istiqamətinə hərəkət edən qatarlara bilet satışı dayandırılıb. Metro işləmir. 

Bir sıra hökumət idarələri - Nazirlər Kabineti, Ali Rada, Ukrayna milli informasiya agentliyi və həmçinin Regionlar Nazirliyi Kiyevin Rusiya tərəfdə yerləşən sol sahilinə köçürülüb. 

Hakimiyyət Kiyevin mərkəzinə zirehli texnika çıxarır. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024