Dünya / Karusel (13-03-2014, 11:05)
Ukrayna Milli Bankı ələ keçirildi
Qanun keşikçiləri hadisə baş verdiyi Moskva küçəsini bağlasalar da, müdaxilə üçün təşəbbüs göstərmirlər
Bu gün gecə saatlarında 20 nəfər silahlı qrup Kiyevdə yerləşən "Ukrbiznesbanka" basqın ediblər.
Hadisə yerinə iki milis dəstəsi və "Titan" xüsusi təyinatlı qüvvələrinin döyüşçüləri cəlb edilib.
Qanun keşikçiləri hadisə baş verdiyi Moskva küçəsini bağlasalar da, amma hələ ki, cinayətkarların zərərsizləşdirilməsi üçün təşəbbüs göstərmirlər.
Maydanın özünümüdafiəsində və "Sağ sektor"da bankın tutulması ilə bağlı iştiraklarını təkzib ediblər. Ukraynanın Daxili İşlər Naziri Arsen Avakovun və əhlükəsizlik xidmətinin sədri Valentina Nalivayçenko zənglərə cavab vermirlər.
Xatırladaq ki, 2003-cü ildən "Ukrbiznesbank"ın idarə heyətinin sədri, prezidenti və sonra birinci məsləhətçisi sabiq baş nazirin müavini Serqey Arbuzov olub.