Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya / Karusel (8-04-2014, 22:13)
Gülənin Mərkəzi Kəşfiyyatla əlaqəsi üzə çıxdı

Gülənin Mərkəzi Kəşfiyyatla əlaqəsi üzə çıxdı

 

Fullerlə “nurçu hocanın” münasibətləri dərin tarixi tellərlə bağlıdır 

 

 

MKİ-nin əməkdaşı Qrem Fullerlə Gülən “hocanı”  dərin tarixi tellər birləşdirir. 

Almaniyalı analitik Ulyam Enqdal “Voltaire Network” dərgisində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Qrem Fullerin Mərkəzi Asiya ölkələrindəki dini cərəyanların terrorçuluğa meyilləndirilməsi və müxtəlif qanlı olayların təşkil olunmasında iştirakına dair diqqətçəkən məqalə ilə çıxış edib. “Qafqazinfo” məqalədən bəzi hissələri təqdim edir:

Kimdir Qrem Fuller?

O, Mərkəzi Kəşfiyyat İdarəsində müxtəlif yüksək vəzifələrdə çalışıb.  Sovet İttifaqı Əfqanıstana qoşun yeridəndə Q.Fuller MKİ-nin Kəbildəki nümayəndəliyinə rəhbərlik edib. 1998-ci ildə Q. Fuller MKİ-dən rəsmən istefa verib. Bundan sonra o, fəaliyyətini “RAND Corporation” Analitik Mərkəzində davam etdirib. Burada işlədiyi ərəfədə Füller Türkiyədən qaçmış din adamına ABŞ-da sığınacaq tapması üçün köməklik göstərir. Federal Tədqiqatlar İdarəsi Türkiyə vətəndaşına sığınacaq verməyin əleyhinə olsa da, iki sabiq MKİ əməkdaşı “yaşıl kartın” alınmasına müvəffəq ola bilirlər. Onlardan biri isə “Siyasi islamın gələcəyi” kitabının müəllifi Q.Fuller olur. 

Həmin Türkiyə vətəndaşının kimliyinə gəldikdə, məqalə müəllifi bunu açıq və aydın şəkildə yazıb – Fətullah Gülən. Nə imiş Güləni MKİ əməkdaşına bağlayan? Niyə amerikalı kəşfiyyatçı, islam ölkələri və digər dövlətlərin ərazisində törədilmiş terror aktlarının əvvəlcədən hazırlanmasına iştirak etdiyi iddia olunan Q. Füller Gülənə görə bu qədər əziyyət çəkib, onun Pensinvaniyaya sığınmasını təmin edib? Bütün bunlar barədə məqalədə maraqlı məqamlar yer alıb. 

Müəllif qeyd edir ki, Q.Fullerlə “nurçu hocanın” münasibətləri dərin tarixi tellərlə bağlıdır. Almaniyalı analitik hesab edir ki, Q.Fuller Kəbildə fəaliyyət göstərdiyi dönəmlərdə də Gülənlə əlaqədə olub, onun vasitəsilə Mərkəzi Asiya və keçmiş SSRİ məkanında bir neçə əməliyyatların hazırlanmasına nail ola bilib. Eyni zamanda, Əfqanıstanda Sovet əsgərlərinə qarşı törədilən terror aktlarınının hazırlanmasında da Fullerin izinə rast gəlmək olar. Məqalə müəllifi öz iddialarını Federal Tədqiqatlar Bürosunun sabiq əməkdaşı, qurumda tərcüməçi kimi fəaliyyət göstərmiş Sibel Edvardsın Fətullah Gülənin məhkəməsində verdiyi ifadələrlə əsaslandırır. Belə ki, xanm Edvards məhkəmədə verdiyi ifadədə Gülənin qeyd etdiyimiz dairələrə bağlılığını təsdiq edib.

U.Enqdal Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkmənistandakı Gülən məktəbləri və ibadət yerlərindən də söz açıb. 

Məqalədə diqqətçəkən digər məqam isə ötən il Bostonda törədilmiş terror olayı ilə bağlıdır.  Xatırladaq ki, ötən il aprelin 15-də Bostonda keçirilən Marafon zamanı milliyətçə çeçen olan Gövhər və Tamerlan Tsarnayev qardaşları 3 nəfərin ölümü və 200-dən artıq şəxsin yaralanması ilə nəticələnmiş terror aktı törədiblər. Polislərlə atışma zamanı qardaşlardan biri- Tamerlan Tsarnayev qətlə yetirilib. Digəri isə bir gün sonra həbs olunub. Məqalə müəllifi çeçen qardaşlarının əmilərinin kimliyinə diqqət yönəldir  - Ruslan Tsarnayev. Məlum olur ki, Ruslan həmin o MKİ əməkdaşı, Fətullah Gülənin himayəçisi  Q.Fullerin kürəkənidir. Düzdür, Q.Fuller mətbuata verdiyi açıqlamada R.Tsranayevlə qızı Samanta Fullerin artıq boşandığını bildirib. Müəllif qeyd edir ki, Q.Fuller dəfələrlə Tsarnayevin MKİ ilə əlaqələrini inkar etməyə çalışıb, lakin bu açıqlamalar o qədər də inandırıcı olmayıb. R.Ttsarnayev uzun illər ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin “USAİD”-in Qazaxıstan nümayəndəliyində beynəlxalq inkişaf üzrə məsləhətçi vəzifəsində çalışıb. Bəzi mənbələrdə onun türkdilli ölkələrdəki Gülən məktəblərilə əlaqələrinə də işarə olunur.  Düzdür, qardaşı uşaqlarının əməlinə Ruslan da etiraz edərək,  onlarla əlaqəsinin olmadığını bildirmişdi.

Elə bu məqamlara əsaslanan U.Enqdalın sonrakı qeydləri də düşündürücüdür: “Çoxları belə bir suala cavab axtarır: Ola bilərmi ki, Bostandakı terror hadisəsi Qrem Fullerlə əlaqədə olan şəxslər(!) tərəfindən qurulmuş aldadıcı əməliyyat olsun? Məqsədləri də bu ola bilər ki, terrorun arxasında Putinin dayandığına dair fikir formalaşdırsınlar. Hər halda o, Tsranayev qardaşlarının Mərkəzi Kəşfiyyat İdarəsilə əlaqələrini  təkzib edərkən bir çox mətləblərə aydınlıq gətirmiş oldu. O cümlədən də Fətullah Gülənlə bağlı məqamlara. İndi Gülən Fullerin yanındadır – ABŞ-da”.

Qeyd edək ki,  U.Enqdal “Miflər, yalan və neft müharibələri” kimi bir neçə məşhur kitabların müəllifidir.

 

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024