Dünya (11-06-2015, 15:54)
HDP Türkiyəni Öcalanın ayağına aparır...
Demirtaş “PKK-ya çağırış edin”,- deyən Davutoğluna cavab verib
Terrorçu PKK-nın siyasi qolu olan HDP artıq həbsdəki PKK liderini siyasi proseslərin mərkəzinə gətirir. HDP rəhbəri Səlahəddin Demirtaş “PKK-ya silah buraxma çağırışı edin”, deyən Türkiyənin baş naziri Əhməd Davutoğluna cavab verib.
O, “Öcalan İmralıda hazır gözləyir” deyib. Onun Davutoğludan bəhs edərkən “köhnə baş nazir” deməsi də diqqət çəkib. “Silahlarla bağlı Öcalan çağırış etməlidir. O da İmralıda gözləyir. Buyurun, sabah İmralıya gedirik”,- deyə o, vurğulayıb…
O, qeyd edib ki, bu seçkilərdən hər kəsin dərs çıxarması lazımdır: “Çıxan nəticələri ümid edirəm ki, partiyalar doğru dəyərləndirəcəklər. HDP-nin müvəffəqiyyəti var. Amma bizlər bunu verdiyi sevinlə birgə, məsuliyyətimizin də fərqindəyik”.
O qeyd edib ki, həll prosesi Türkiyənin gələcəyi baxımından ən əhəmiyyətli problemdir: “AKP barış üçün doğru dərslər çıxarmalıdır. Barış üçün əlimizi daşın altına qoymağa hazırıq”.
HDP səlahiyyətlisinin sözlərinə görə, erkən seçkidən və koalisiyadan qorxmaq lazım deyil: “Biz kadrlarımızla təkbaşına Türkiyəni idarə edəcək gücdəyik. Amma xalq bizə bu səlahiyyəti vermədi”.
Musavat.com