Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (11-06-2015, 15:11)
Kürdlər Ərdoğanla koalisiyaya hazırdır

 

bitmap-img6


"Ədalət və İnkişaf Partiyası xəta və yanlışlıqlardan əl çəkərsə, biz Türkiyə üçün bərabər, ortaq addımar atmağa hazırıq"

 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu iyunun 7-də keçirilən parlament seçkisində 13,12% səs toplayaraq Böyük Millət Məclisində 80 deputat yeri qazanmış Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirtaş bildirib.
O, Türkiyədə prezident üsul-idarəsinin həyata keçirilməsinin mümkün olmayacağını vurğulayaraq deyib: "Bizim Rəcəb Tayyib Ərdoğana qarşı xüsusi bir düşmənçiliyimiz yoxdur. Türkiyədə prezident üsul-idarəsinin tətbiqi baş tutan deyil. Konstitusiyaya əməl etməyən, hüququ pozan prezidenti hər zaman tənqid edəcəyik. Türkiyənin yolunu açmaq istəyən prezident bizdən hər zaman dəstək alacaq".
Partiya sədri bildirib ki, koalisiya hökumətinin qurulması ilə bağlı görüşlər prezidentlə deyil, partiyalar arasında keçirilməlidir. O deyib ki, koalisiya hölumətinin qurulması ilə bağlı rəsmi təmasları yoxdur: "Ancaq "qapımız hamıya açıqdır" ideyası irəli sürülərsə, onu dəyərləndirməyə hazırıq".
Partiya sədri koalisiya hökuməti və növbədənkənar seçkidən qorxmamağı tövsiyə edib: "Seçkiöncəsi rəqabəti bir kənara qoyub, cəmiyyətin firavan yaşaması üçün əlimizi daşın altına qoymağa hazırıq. Siyasətdə dialoqa önəm veririk. Parlament fəaliyyətə başlamazdan əvvəl hamı fikir alış-verişi edə bilər".
S.Dəmirtaş "çözüm sürəci" və bu prosesdə terrorçu PKK-nın lideri Abdullah Öcalanın xüsusi rolunu da vurğulayıb.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024