Sosial (Bu gün, 14:42)
Prokurorluq Auditorlar Palatasından 700 min manatın hara xərclənməsini yoxlayıb – İLGİNC MƏHKƏMƏ ARAŞDIRMASI
Büdcə xərclərinin şəffaflığını yoxlamalı olan Azərbaycan Auditorlar Palatasının özü 700 min manatlıq mənimsəmə qalmaqalının içindədir.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Palatanın Maliyyə və texniki təminat idarəsinin sabiq rəisi Vəli Rəhimov, maliyyəçi-mühasib Gövhər Əhmədova və auditor Fəridə Novruzovanın cinayət işi üzrə məhkəmə prosesi davam edir. Hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hazırda şahidlərin dindirilməsi mərhələsidir.
Prosesdə prokurorluq əməkdaşı Vəlixan Allahverdiyev şahid qismində ifadə verib. Vəlixan Allahverdiyev ilkin olaraq Auditorlar Palatası, sonradan isə prokurorluq da yoxlama aparıb:
“Biz yoxlama apardıq. Məlum oldu ki, bir neçə şəxs qanunsuz olaraq müxtəlif kartlara pul vəsaiti köçürüblər. Yoxlama 2018-2022-ci illəri əhatə edib. 2019-cu ilədək pullar kassadan, növbəti illər ərzində isə Auditorlar Palatasından banka, oradan da hissə-hissə müxtəlif kartlara köçürülüb”.
Müttəhim Vəli Rəhimovun vəkili Faiq Nəcəfov yoxlamanı aparan şəxsə kassa yoxlaması zamanı mədaxil və məxaric olan pulların qeydiyyatı barədə qeyd götürüb-götürmədiyi və həmin məbləğlərin həcmi ilə bağlı sual verib.
Şahid məbləğlərin yaddaşında əzbər qalmadığını, qeydlər götürdüyünü bildirib. Vəkil bildirib ki, götürülən pullar sonradan kassaya mədaxil edilib.
Şahid yoxlama və verilən rəyin Gövhər Əhmədova və Vəli Rəhimovun ona təqdim etdiyi sənədlər əsasında aparıldığını bildirib. Vəli Rəhimov Gövhər Əhmədovanı saxta sənəd verməkdə ittiham edib: “Əvvəlki prosesdə də bildirmişəm, həmçinin bununla bağlı ittiham aktında da yazılıb. Gövhər xanım 65 nəfərin adı qeyd olunan siyahını imzalamaq üçün verirdi. Ona diqqət edirdim. 65 nəfərin maaşının cəmini hesablamırdı. Artıq yazılan məbləğ həmin cəmə əlavə olunurdu”.
Vəli Rəhimovun vəkili mühasibatlıq ekspertizasının aparılması ilə bağlı məhkəməyə vəsatət verib. Vəsatət təmin olunub. İş üzrə məhkəmə ekpertizasının təyin olunması və ekspertə konkret sualların verilməsi ilə bağlı qərar qəbul edilib. Qeyd edək ki, Azərbaycan Auditorlar Palatasının üç vəzifəli şəxsi xüsusilə külli miqdarda mənimsəmə faktı ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib. Daxili araşdırma nəticəsində 2018-2023-cü illər ərzində Maliyyə və texniki təminat idarəsinin əməkdaşları tərəfindən küllü miqdarda vəsaitin mənimsənilməsi aşkar edilib. Bunu nəzərə alaraq Palata rəhbərliyi tərəfindən 2023-cü ilin 10 iyul tarixində hüquq-mühafizə orqanlarına müraciət edilib, onun araşdırılması, günahkarların məsuliyyətə cəlb edilməsi və mənimsənilmiş vəsaitin Auditorlar Palatasının hesabına qaytarılması xahiş edilib. Palatanın maliyyə və texniki təminat İdarəsinin sabiq rəisi, baş mühasib Vəli Rəhimov, maliyyə təminatı və xarici əlaqələr idarəsinin maliyyəçi-mühasibi Gövhər Əhmədova və digər auditoru Fəridə Novruzovaya qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə dəymiş ziyan 700 min manatdır. Cinayət işi üzrə Azərbaycan Auditorlar Palatası zərərçəkmiş qismində tanınıb. Prosesi iyulun 4-də davam etdiriləcək.
Musavat.com

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
14 05 2025
14 05 2025
14 05 2025