Dünya (9-06-2015, 15:55)
Qılıçdaroğlu: “AKP ilə bir yerdə olmağımız mümkün deyil“
İyunun 7-də keçirilən parlament seçkilərində 24,96% səs alaraq, Türkiyə parlamentində 132 deputat yeri qazanan Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Kamal Qılıçdaroğlu da koalisya hökumətinin qurlması ilə bağlı açıqlama verib
"Report" Türkiyənin "Post"a qəzetinə istinadən xəbər verir ki, K.Qılıçdaroğlu bununla bağlı çağırış edib.
O deyib ki, parlament seçkisində seçki baraşını aşan partiyalar təcili müzakirələrə başlamalıdırlar: "Mən sağlam düşüncəli çağırış edirəm: Bu ölkənin problemlərini həll etmək üçün təcili bir araya gəlməli və danışmalıyıq. Xalq seçki qutularında bu mesajı verdi: "Bir araya gəlin". Biz siyasi liderlər emosionallıqdan əl çəkib, seçicinin verdiyi mesaja əməl etməliyik. Aramızda nə düşmənçilik, nə də dava-dalaş var. Artıq hər kəs üzərinə düşəni etməlidir".
Növbədənkənar seçkiyə münasibət bildirən, partiya sədri hesab edir ki, bu, seçiciyə hörmətsizlik olar: "Uzun sözün qısası, məsələni həll etməliyik, vaxt itirməməliyik. Seçkinin səhəri gün növbədənkənar seçkidən danışmaq iyunun 7-də xalqın ortaya qoyduğu iradəyə hörmətsizlikdir. Xalqın bizdən tələbləri budur: birincisi, zorakılıq istəmirik. İkincisi, azadlıq istəyirik. Üçüncüsü, həyat tərzimizə müdaxilə istəmirik. Dördüncüsü, siyasi partiya liderləri olaraq, ortaq məxrəcə gəlib, bizim maddi və mənəvi problemlərimizi həll edin".
Kamal Qılıçdaroğlu Ədalət və İnkişaf Partiyası (AKP) ilə koalisiya hökuməti qurmayacaqlarını da bildirib: "Bəri başdan söyləyim ki, AKP ilə koalisiya qurmayacağıq. Niyə qurmayacağıq? Çünki ortada bir Saray vəsaiti (prezident sarayını nəzrədə tutur- "Report") var. Bunu ortadan qaldıra biləcəksənmi? Xeyr! Qurani-Kərimə lağ edən adama qarşı çıxa biləcəksənmi? Xeyr! Ona görə də biz AKP ilə qurulacaq koalisya hökumətində təmsil olunmayacağıq. CXP ilə AKP biri-birinə zidd iki partiyadır. Başqa sözlə, bir yerdə olmağımız mümkün deyil. Türkiyədə vəziyyət normallaşdıqdan sonra növbədənkənar seçki keçirilə bilər. Çağırışımı yeniləyirəm: İndi uzlaşma zamanıdır, gəlin, birlikdə olaq".
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024