Dünya (Dünən, 16:05)
“İran çox gec olmadan razılığa gəlməlidir” - Trampdan xəbərdarlıq
“İrana sövdələşmə etmək üçün çox şans verdim. Mən onlara ən sərt ifadələrlə “sadəcə bunu edin” dedim. Amma buna nə qədər çalışsalar da, nə qədər yaxın olsalar da, bacara bilmədilər”.
Mediatv.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “X” hesabında yazıb.
“Mən onlara bunun bildikləri, gözlədikləri və ya eşitdikləri hər şeydən daha pis olacağını söylədim. ABŞ dünyanın ən yaxşı və ən ölümcül hərbi texnikasını istehsal edir. İsrailin də ABŞ-dən çoxlu silahları var və onlar bu silahlardan necə istifadə edəcəklərini bilirlər.
Artıq çoxlu ölüm və dağıntı olub, lakin bu qırğına son qoymaq üçün hələ vaxt var və artıq planlaşdırılan növbəti hücumlar daha qəddar olacaq. İran çox gec olmadan razılaşmalı və vaxtilə İran İmperiyası kimi tanınan ərazini xilas etməlidir. Ölüm və dağıntılar dayandırılmalıdır. Nə qədər gec deyil, bunu edin”, - ABŞ lideri vurğulayıb.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
14 06 2025
14 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025