Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (Dünən, 13:13)
“Mossad” İranda gizli dron bazası qurubmuş...

mossad-iranda-gizli-dron-bazasi-qurubmus


Mediatv.az  xəbər verir ki, İsrailin “Ynet” portalı təhlükəsizlik məsələləri üzrə mənbəyə istinadən İran əraizisinə zərbələrin təfərrüatı barədə yazıb. 

Bildirilib ki, sözügedən əməliyyat uzun illər ərzində planlaşdırılıb və prosesdə İsrail Müdafiə ordusu, “Mossad” kəşfiyyat xidməti və İsrailin müdafiə sənayesinin nümayəndələri iştirak edib. 

Mənbənin sözlərinə görə, əməliyyat çərçivəsində “Mossad” agentləri hücumdan hələ uzun müddət əvvəl paytaxt Tehran yaxınlığında pilotsuz uçuş aparatlarının buraxılması üçün gizli baza yaradıblar. 

O əlavə edib ki, əməliyyatın hazırlıqlarına kəşfiyyat məlumatlarının toplanması və İranın dərinliklərində agentlərin əvvəlcədən yerləşdirilməsi daxil olub. Belə ki, bazanın yaradılması ilə məhz həmin agentlər məşğul olub. 

Gecə həmin bazadan buraxılan hücum dronları İranın əsas hərbi məntəqələrindən biri olan “Espacabad” obyektində yerləşən “yer-yer” raket qurğusuna zərbələr endirib. 

Onu da xatırladaq ki, İsrail Müdafiə ordusu İrana hücumda ölkənin Hərbi-Hava Qüvvələrinin 200-dən çox qırıcı təyyarəsinin iştirak etdiyini açıqlayıb. Bildirilib ki, həmin qırıcılarla İran ərazisində yüksəksəviyyəli hərbi liderlərin sığınacaqları da daxil olmaqla, 100-dən çox obyektə zərbə endirilib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
12 06 2025