Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (Bu gün, 08:51)
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana QAÇDI

       
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana QAÇDI
Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvilinin keçmiş köməkçisi, Birgə İnvestisiya Fondunun keçmiş rəhbəri Giorgi Baçiaşvili Ermənistana qaçıb.

TEREF APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Baçiaşvili martın 2-də avtomobildə xüsusi yerdə gizlənərək Gürcüstan gömrükçülərindən yayınıb və Ermənistana keçib.

Qeyd olunub ki, Baçiaşvili Ermənistan sərhədində Rusiya vətəndaşı olmasını təsdiqləyən pasport təqdim edib. Gürcüstan DİN Baçiaşvilinin ölkədən qaçmasına yardım edənlərin müəyyənləşdirilməsi istiqamətində araşdırmaların davam etdirildiyini açıqlayıb.

Qeyd edək ki, Baçiaşvili Bidzina İvanişvilinin 8 253.13 bitcoin (2017-ci il dəyəri 39,21 milyon dollar, hazırkı dəyəri 200 milyon dollardan çox) mənimsəməkdə ittiham edilir.

Tbilisi Şəhər Məhkəməsi Baçiaşvilini 2,5 milyon lari girov müqabilində Gürcüstan və Rusiya passportlarını təqdim edərək istintaq müddətində ölkəni tərk etməməsi şərti ilə azadlıqda qalmasını təmin edib.

Baçiaşvili iş üzrə ittihamları rədd edir.
шаблоны для dle 11.2

Xəbər lenti
6 03 2025
6 03 2025
6 03 2025
6 03 2025
6 03 2025
6 03 2025
6 03 2025
6 03 2025
6 03 2025
6 03 2025
6 03 2025
6 03 2025
6 03 2025
6 03 2025
6 03 2025
6 03 2025
6 03 2025
6 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025