Dünya (Dünən, 09:12)
“Kimsə məni indi əvəzləmək istəsə, bacarmayacaq” - Zelenski
“Qafqazinfo” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski keçirdiyi mətbuat konfransında Səudiyyə Ərəbistanında ABŞ və Rusiya nümayəndə heyətlərinin danışıqlarını şərh edərkən bildirib.
Ukrayna lideri qeyd edib ki, Donald Tramp onun reytinqinin hazırda 4 faiz olması barədə xəbərləri Rusiyadan alıb:
“Biz bunu başa düşürük və bu rəqəmlərin ABŞ ilə Rusiya arasında müzakirə edildiyinə dair sübutlarımız var. Biz Trampın ətrafındakı dezinformasiya dairəsinə təsir etməliyik. Mən bilirəm ki, onun ətrafında həmişə olan insanlar Macarıstanın nümayəndələri, slovakların lobbiçiləridir - söhbət siyasətçilərdən gedir”.
Eyni zamanda, Ukrayna lideri qeyd edib ki, o, öz reytinqlərini şərh etmir, çünki bu, siyasi rəqabətin və seçkilərin yaxınlaşmasının sübutu demək olar:“Mən heç vaxt reytinqləri şərh etmirəm. Reytinqlərə münasibət bildirmək o deməkdir ki, siyasi yarışlar gedir, seçkilər gedir. Bizdə belə bir şey yoxdur. Əgər kimsə məni indi əvəzləmək istəsə, bacarmayacaq.
Düşünürəm ki, bizim bu müharibəni bitirmək üçün gücümüz var və işlər çox yaxşı gedir. Amma görüşə bizi dəvət etməmişdilər.
Siz üç il əvvəl də orada idiniz. Üç il əvvəl bu işi bitirməli idiniz. Bu müddət ərzində siz buna başlamalı idiniz, sövdələşmə də edə bilərdiniz”, - Zelenski qeyd edib.
Qeyd edək ki, fevralın 19-da Kiyev Beynəlxalq Sosiologiya İnstitutu ümumrespublika sorğusunun nəticələrini dərc edib.
Belə ki, Ukrayna Prezidenti Volodimir Zelenskiyə etimad reytinqi 2025-ci ilin fevralında 57% təşkil edib. Ukraynalıların 37%-i bu sorğuya əsasən ölkənin hazırkı prezidentinə inaamsızlıq nümayiş etdirir.
