Dünya (16-11-2023, 10:41)
Hindistan Ermənistanı çəkinmədən SİLAHLANDIRIR
Hindistan Ermənistanı silahlandırmaqda davam edir.
Bu dəfə Dehli İrəvana 30 və 40 mm çaplı 150 min qumbara tədarük edəcək.
Məlumata görə, təchizatı “Munitions India Limited” (MIL) şirkəti həyata keçirəcək.
Qeyd edək ki, bu şirkət artıq Ermənistana 5 milyon ədəd 7,62 mm-lik sursat tədarük edib.
Göründüyü kimi Dehli açıq şəkildə Ermənistanı silahlandırır. Hətta Azərbaycanla münasibətlərinin korlanacağını göz önünə almayaraq... Yəni belə bir gərginlikdən ehiyatlanmayaraq yenə də öz işindədir.
Ermənistanı paralel olaraq Fransa da sürəkli şəkildə silahlandırır. Dövlətimiz dəfələrlə bu səbəbdən rəsmi Parisə etirazını ən sərt formada ifadə edib və eməkdədir.
Amma nədənsə hindlilərə eyni dərəcədə sərt reaksiyamız müşahidə olunmur. Niyə?
Bunun cavabı mütləq verilməli və rəsmi Bakı dost-düşmən müəyyənləşməsini xarici siyasətdə sərt formada həyata keçirməlidir.
Yəni Dehli ilə ciddi ticarət əlaqələrimiz var. Əgər onlar bu əlaqələrin itməsindən qorxmurlarsa, onlara bu əlaqələr vacib deyilsə, biz də bu əlaqələrdən imtina etməliyik. Hər halda, bütün bunlar və digər anoloji addımlar Dehli üçün siqnal rolunu oynaya bilər..
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024