Siyasət (26-02-2021, 17:42)
Rusiya öz ampulasındadır: “Ermənistanı silahlandırır” - Prezidentin mesajı...
Bu gün Prezident İlham Əliyev yerli və xarici jurnalistlər üçün mətbuat konfransı keçirib. Jurnalistlərin suallarını cavablandıran dövlət başçısı mühüm məqamları diqqətə çatdırıb:
“Bu yaxınlarda səhv etmirəmsə, Ermənistan prezidenti və Rusiyadakı Ermənistan səfiri demişdi ki, Rusiya Ermənistan ordusunun müasirləşməsində iştirak edəcək. Nəyə görə?! Hansı məqsədlə? Buna elə bir ehtiyac yoxdur... Belə bir hakimiyyətə dağıdıcı silah vermək olarmı? Bizim əsas hərbi texnikamız Rusiya istehsalı olan texnikalardır. Ermənistandan fərqli olaraq, biz heç vaxt Rusiya istehsalı olan texnikadan şikayətlənməmişik. Bu, dünyada ən yaxşı texnikalardan biridir. Sadəcə, düzgün əllərdə olmalıdır ki, sonra kimisə ittiham etməyəsən”.
Prezidentin çıxışını “Mediatv.az”a şərh edən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağınin sözlərinə görə, cənab Prezident dünən Ramana qəsəbəsindəki yaşayış kompleksindəki çıxışında söylədi ki, bəzi qüvvələr Ermənistan ordusunu yenidən qurmaq istəyirlər:
“Necə ki, İkinci Qarabağ müharibəsində Ermənistanda təmənnasız silah yardımı edilirdi. Rusiya yenə də bu mövqeyini davam etdirir. Amma nə qədər çalışsalar da, Ermənistan çox ağır durumdadır”.
A.Nağı vurğulayıb ki, İrəvana çoxlu sayda silah yardımı etsələr də, Ermənistan ordusunun yenidən qurulması və özünə gəlməsi mümkün olmayacaq:
“Olmayan ruhun geri qaytarılması çətin məsələdir. Təbii ki, dövlətlər arasında müəyyən münasibətlər var. Hər kəs çalışır ki, öz ordusunu gücləndirsin. Cənab Prezident Azərbaycan Ordusunun təkmilləşdirilməsi, dünyada olan ən yeni silahların alınması ilə bağlı açıqlamalar verir.
Ölkə başçısı bu istiqamətdə hərtərəfli işlərin görüldüyünü bildirir. Qarşı tərəf məğlubiyyətini qəbul etməsə, başqa yollara əl atsa, Azərbaycan hər zaman hazırlıqlıdır. Bu mənada Ali Baş Komandan tamamilə düzgün mövqedədir.
Ona görə də hərbi baxımdan müvafiq tədbirlər davam etdirilir”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024