Dünya (9-08-2023, 14:18)
Paşinyan Rusiyanın Laçına gedən yolunu kəsdi - NƏ BAŞ VERİR?
Ötən gün İrəvanda erməni revanşistlərinin növbəti nümayişi keçirilib.
“Sputnik Armenia”-nın məlumatına görə, nümayişə birbaşa Birinci Qarabağ müharibəsinin iştirakçısı Sarqis Poqosyan və onun tərəfdarları rəhbərlik edib. Nümayiş zamanı erməni revanşistləri Paşinyan hakimiyyətindən Laçın yolunun güc yolu ilə açılmasını tələb ediblər. S.Poqosyan və onun tərəfdarları hakimiyyətin bu istiqamətdə addım atmayacağı təqdirdə özlərinin Laçın yoluna doğru yürüş edəcəklərini və həmin ərazidə hər an silahdan istifadə etməyə hazır olduqlarını bildiriblər.
Bununla yanaşı, Laçın yolunun açılması məqsədilə hökumətə təzyiq etmək qərarına gələn erməni revanşistləri İrəvanda Respublika meydanında bütün yolları bağlamağa cəhd göstəriblər. Onlar, həmçinin özbaşına Azərbaycanla sərhəddə yerləşən Gorunzur şəhərinə getmək niyyətində olduqlarını bəyan ediblər. Lakin Ermənistan hökuməti nümayişçilərin toplaşdığı əraziyə polis qüvvələri cəlb edib. S.Poqosyan və digər müharibə iştirakçıları polis qüvvələri tərəfindən saxlanılıblar.
Erməni mediasında qeyd olunur ki, Birinci Qarabağ müharibəsinin iştirakçıları Azərbaycanın Laçındakı sərhəd-buraxılış məntəqəsi yaxınlığında hər an silahlı təxribata əl ata bilərlər.
Ümumiyyətlə, hansı qüvvələr Laçın yolunda indiki vəziyyətlə əlaqədar olaraq İrəvandakı erməni revanşistlərini təxribatlara sövq edir? Son nümayişlərin arxasında “Qarabağ klanı”nı dayana bilər? Rusiya bu məsələdə nə dərəcədə maraqlıdır?
Mediatv.az-ın məlumatına görə, məsələ ilə bağlı politoloq Zərdüşt Əlizadə Cebhe.info-ya şərhində qeyd edib ki, Ermənistanda Qarabağ klanı daxil olmaqla radikal millətçi dairələrin fəaliyyətində Rusiyanın müstəsna rolu danılmazdır.
"Hazırda Qarabağ klanının hakimiyyətə gəlməsi qeyri-mümkündür, amma ölkədə suyu bulandırmağa çalışa, müəyyən millətçi dairələri təxribatların törədilməsinə təhrik edə bilər. Çünki bu klana rəhbərlik edən şəxslərin həm maliyyəsi, həm də kifayət qədər tərəfdarları var. Onların bölgədə vəziyyəti gərginləşdirmək üçün bütün imkanlarından istifadə etməsi istisna deyil. Amma bir önəmli məqamı nəzərə almaq lazımdır ki, regionda qüvvələr nisbəti dəyişməyəcək. Ermənistanın Azərbaycana hərbi təzyiq göstərməsi üçün imkanları yoxdur və bundan sonra da olmayacaq”.
O ki qalda Rusiyanın erməni revanşistlərinin son addımlarında roluna, ekspert hesab edir ki, Moskva Ermənistan daxilində, eləcə də Bakı ilə İrəvan arasında hərbi-siyasi vəziyyətin gərginləşməsində maraqlıdır:
“Onsuz da Moskva bölgədə müəyyən təxribatlara şərait yaradır. Moskvanın təhriki ilə Laçın yolunun yaxınlığında hər an təxribatın baş verməsi gözləniləndir. Çünki Ermənistanda revanşist və radikal ünsürlərin dalında Rusiya dayanır”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024