Meksikada jurnalist öldürülüb.
Mediatv.az Reuters-ə istinadən xəbər verir ki, hadisə Gerrero ştatının Akapulko kurort şəhərində qeydə alınıb. Belə ki, jurnalist Nelson Matus şəxsi avtomobilində güllələnib. O, aldığı güllə yaralarından hadisə yerindəcə ölüb.
Qeyd edək ki, Matus 2017 və 2019-cu illərdə iki dəfə sui-qəsd cəhdinə məruz qalıb.
Sərhədsiz Reportyorlar təşkilatının məlumatına görə, Meksika ötən il jurnalistlər üçün dünyada ən təhlükəli ölkə olub