Dünya (30-05-2023, 08:44)
Suriya Türkmənləri sahibsiz qalıb... - KÖMƏK GÖZLƏYİR...
Bu gün Suriyada baş verən hadisələr 2010-cu ilin sonu və 2011-ci ilin əvvəlində Tunisdən və bəzi ərəb ölkələrində başlayan “ Ərəb baharının” başlayan bir hissəsi olsa da, əslində bu, Suriya tarixində yeni bir qiyam deyil. Tarixə nəzər salsaq, oxşar qiyamların Hafiz Əsəd hakimiyyəti illərində də baş verdiyinin şahidi olmuş olarıq. Təbii ki, hazırkı vəziyyət bir qədər fərqlidir.
Əgər bir vaxtlar Hafiz Əsəd ölkədəki qiyamları yatırmaq üçün islam amilini ortaya atdısa, hal-hazırda Bəşər Əsəd məhz İslami müqavimət amilindən (İsrailə qarşı İran, Suriya və Hizbullahın simasında Livan bloku) istifadə edərək hakimiyyətdə qalmağa çalışır . Ən azından Bəşər Əsəd hakimiyyəti özünü İslam müqavimətinin ayrılmaz hissəsi kimi təqdim edir. Əslində isə hadisələri diqqətlə izlədikdə, bu vaxta qədər Suriya hakimiyyətinin İsrailə qarşı ciddi bir müqavimət göstərmədiyinin şahidi oluruq.
Bu gün Suriya küçələrində əsas üç qrup mübarizə aparır: dövlət ordusu, hakimiyyətə sadiq əksəriyyəti ələvilərdən ibarət olan mülki geyimli dəstələr və nizami ordudan ayrılan və hakimiyyətin fərari adlandırdığı "Azad Suriya Ordusu".
Suriya hər nə qədər ərəb dövləti olsa da, siyasi strukturu ilə İrana daha yaxındır, hətta Suriya regionda olan "şiə ayparasının" bir hissəsidir.Təbii ki, ərəb dövlətləri ciddi-cəhdlə Suriyanı nəyin bahasına olursa-olsun İranın təsir dairəsindən çıxarmağa çalışırlar.Bildiyiniz kimi, Suriya və İran arasında təhlükəsizlik haqqında razılaşma mövcuddur və bu razılaşmaya əsəsən Suriya ərazisinə hər hansı hərbi müdaxilə İrana hərbi müdaxilə kimi qiymət ləndirilir. Bu razılaşmanın olması qonşu dövlətləri daha ehtiyatlı davranmağa məcbur edir.
Martın 15-də Suriyada “ərəb baharı”nın 12 ili tamam oldu. Suriya münaqişəsi onminlərlə insanın ölümü, 11 milyondan çox insanın ölkə daxilində və xaricə köçü, şəhərlərin yerlə-yeksan olması ilə nəticələndi. Suriyada üsyanlar başlayandan Bəşər Əsəd rejiminin qətlə yetirdiyi dinc insanların sayı, əldə edilən məlumatlara görə, milyona yaxın insan öldürüldü. Suriyada hakimiyyətin xalqa qarşı törətdiyi cinayətlər - üsyançı xalq kütlələrinin kütləvi şəkildə məhv edilməsi, artilleriya, raket atəşinə tutulması bütövlükdə bəşəriyyətə və insanlığa qarşı cinayət kimi dəyərləndirilir.
Üsyan dalğası bütün Suriyanı əhatə etsə də, Əsəd zor gücünə hələ ki, duruş gətirir. Əslində, buna hakimiyyəti əldə saxlayır da demək olmaz - Suriya faktiki 2 yerə parçalanıb. Diktatura rejimi böyük bir əraziyə nəzarəti itirib. Lakin cinayətkar Əsəd rejiminin hələ də asanlıqla getmək istəmir və «son damla qanınacan» üsyançılarla mübarizə aparacağını bildirib.
Suriyadakı daxili savaşdan ən çox əziyyət çəkən, daha doğrusu anarxiyanın qurbanı olanlar arasında Türkmənlər xüsusi yer tutur. Təxminən Suriyada 4 milyondan çox Türkmən, minә yaxın Azәrbaycandilli (Güney Azәrbaycan lәhcәli) әhali yaşayır ki, onlar bu ölkənin əsas millətlərindən biridir.
Ümumiyyәtlә götürdükdə isә, Suriyada yaşayan Azәrbaycandilli әhalini sayı barәsindә rәsmi statistika yoxdur. Amma әminliklә onu demәk olar ki, eynilә olmasa da biraz fәrqlә Qafqazdakı, Cənubdakı Azәrbaycan әhalisi kimi danışırlar vә çoxusu da buradakı әhalini özlәri kimi bilirlәr. Fәrqlәrin dә olması tәbii haldır.
Türkmənlərin Suriyaya gəlişi Səlcuqlular dövrünə təsadüf etdiyi bildirilsə də, bəzi alimlərə görə, 5-6-cı əsrlərdə türk tayfalarının böyük köçü zamanı Suriya ərazisinə yerləşən türk tayfaları olub.
Suriya türkmənləri Azərbaycan türkləriylə eyni soydandirlar. Ona görə də hesab edirik ki, Azərbaycan Suriya Türkmənlərinin səsinə səs verməlidir!
Suriyadakı Hələb və Bayırbucaq türkmənlərinin başına gətirilən müsibət İran və Suriya diktatoru Bəşər Əsədin ordusu tərəfindən həyata keçirilmişdir.Türkmənlər hər zaman basqı altında olduqları üçün özlərini yalnız hiss etmiş və özlərinə qardaş axtarmışlar. Onlar Türkiyə ve can Azərbaycanı, Türkmənistanı özləri üçün ata vətən bilirlər, onları özlərini daha yaxın hiss edirlər.
Azərbaycan və Türkmənistan xalqının və bütün Türk Dünyasının Hələb və Bayırbucaq türkmənlərinin başına gətirilən bu faciəyə qarşı sakitlik nümayiş etdirməsini təəssüf ki, milli təfəkkürün aşınması ilə əlaqələndirmək mümkündür.
Belə bir qətliama Azərbaycan və Türkmənistan ictimaiyyətinin öz münasibətini bildirməməsi bizim türk milli düşüncəsinin yox edilməsi istiqamətində aparılan təbliğatların məntiqi nəticəsindən və milli şüursuzluqdan başqa bir şey deyil:
Türkmənlər çoxdandır ki, pərişan durumda olublar.
İraqdakı, Kərkükdəki türkmənlərə qarşı bu cür qətliamlar olanda hər kəs səssiz qaldı. Mosulda türklərin başına açılan oyunlar zamanı da heç kəs səsini çıxartmadı.İndi də Suriyanı müdafiə etmək adı altında Hələb , Bayırbucaq Humus, Colan ,Raqqa ,İldlip türkmənlərini əməlli-başlı qətliam, soyqırım yaşanır, Türkmən dağı qan ağlayır,dünya isə bu qətliama növbəti dəfə göz yumur.
Bəs, Türk Dünyası xalqına nə olub? Niyə heç kəs etiraz səsini çıxarıb, bu soyqırımın insan haqlarına zidd olduğunu bəyan etmir.Can Azərbaycanlılar, Türkmənistanlılar başqa vaxt Füzulini , Nəsimini çox sevdiklərini bəyan edərdilər. Amma indi Hələb, Bayırbucaqda Füzulinin, Nəsiminin nəvələri Yer üzündən yox edilir.
Məlum olduğu kimi, bu gün Suriyada Türkmənlərin ən çox yaşadığı şəhərlərdən biri olan Hələb çox dəhşətli durumdadır. Bu şəhərdə artıq yaşayanların sayı sıfıra bərabərdir. Burada hökmən bildiməliyik ki, Azərbaycan Türk mədəniyyətinin və fəlsəfəsinin önəmli simalarından, Hürufiliyin əsas nümayəndələrindən biri olan olan mütəffəkir və şair İmaddədin Nəsiminin (14-cü əsr) məzarı da Hələb şəhərində yerləşir.
Müharibə bölgəsi olan Hələb şəhərindəki məzarın taleyi Azərbaycanda da narahatlıq doğurur. Amma bizlər bu gün Nəsiminin məzarının hansı vəziyyətdə olması ilə bağlı dəqiq məlumata sahib deyilik. Yeri gəlmişkən, məzarı Suriyanın şimalında yerləşən və Osmanlı dövlətinin qurucularının ulu babası hesab olunan Süleyman şah Suriyaya məhz Azərbaycan ərazilərindən köçüb. Bu və digər faktlar Suriya türkmənlərini Azərbaycan əhalisi ilə qohumluğunu bir daha sübut edir.
2011-cilin martında Suriyada başlanan müharibə zamanı Nəsiminin məqbərəsinin də İŞİD terrorçuları tərəfindən dağıdıldığı bildirilir .Halab müharibəsində bu, elə bir dəhşətdir ki, özünü hər yerdə göstərir. Ona görə də deyə bilərik ki, bəli, müharibənin dəhşətləri İmadəddin Nəsiminin məzarından da yan keçməyib.
Başda Can Azərbaycan olmaqla Türkmənistan və Türk Dünyası isə kənardan durub, seyr edir !!! insan haqları cəmiyyətləri, qeyri-hökumət təşkilatları, millət vəkilləri, siyasətçilər, xalqın reaksiyası hanı?
Axı, biz türk millətiyik.Hələbda Bayırbucaqda Humusda, Hamada, Raqqada, İdlibdə axıdılan qanlar Türk Dünyasının damarından axmırmı? Nə səbəbdənsə , türk dünyası biz Türkmənlərə qarşı həyata keçirilən bu zülmə son vermək üçün gecikir. Yazıqlar olsun ki, Türkiyədən başqa kimsəni Hələb,Humus, Colan ,Raqqa ,İldlip, Bayırbucaq Türkmən dağı qətliamları maraqlandırmır.
Türkiyə-Suriya sərhəd bölgəsindəki qaçqın düşərgələrində yaşayan Suriya türkmənlərinə dəstək kampaniyaları bütün türk ölkələrində start verilməsi lazımdır. Bu gün Suriyadakı və İraqdakı türkmən qardaşlarınızın sizələrə ehtiyacı var. Sizələr türkmənlərə bu gün yardım etməyəcəksinizssə , nə zaman edəcəksiniz?
Bu gün Suriyada Hələb,Humus , Bayırbucağı unutsanız, əmin olun ki, sabah Şərqi Türküstanı, sonra da digər türk yurdlarını itirəcəksiniz. Burada men Suriya Türkmən Həkimləri Dərnəyinin sədri olarak Azərbaycan türklərinə və bütün türk ölkələrinə çağırış edirəm , türkün gücünü bilən düşmənlər davamlı olaraq, onu əsarət altında saxlamaq istəyirlər.
Bu gün dünya türkmən soyqırımına göz yumur: Azərbaycanın və türk dünyasının bir parçası olan Suriyadakı türkmən qardaşlarınız sahibsiz buraxmamalısanız.Tarix və gələcək nəsillər bu ayıbı sizlərə bağışlamaz.
Mən buradan üzümü ictimai və dini bütün xeyriyyə birliklərinə qurumlarına tuturam ki, bu insanlıq qətliamına səssiz qalmasınlar.
Türkmənlər Suriydə türk,olduqları üçün hər zaman basqı altında olmuşlar, özlərini yalnız hiss etmişlər, tarix boyu və özlərinə can Azərbaycanı və Türkmənistanı ata vətən bilmişlər, Türkiyəyə ana vətən yaxın qardaş demişlər.
Suriya türkmənlərinin əsas faciəsi əvvəllər Hafiz Əsəd idi. Sonra onun oğlu Bəşər Əsəd rejimi atasının yolunu davam etdirdi. 2011 Ərəb baharı nəticəsində ölkədə qarışıqlıq yaranandan sonra türkmənlər müxalifətin tərəfinə keçiblər. Suriyada Hələb,Humus ,Bayırbucağı Türkmən dağı tarixi türkmən torpaqlarıdır və burada türkmənlərə qarşı döyüşən Suriya ordusunun heyəti İraq, İran, Livan və Əfqanıstandan ölkəyə gətirilən muzdlu şiə döyüşçülərdir.
Burada Türkmenler milli değil vətənpərvər düşünceleriyle savaşın gətirdiyi siyasi siyasi problemlərin girdabından çıkmaya çalışdılar amma sonunda ilişib qaldılar. Suriyada bir neçə gündür hücumlara məruz qalan Türkmənləri , Əsəd və İran qüvvələri mühasirəyə alıb. Bununla da 50 min türkmən qətliam təhlükəsi ilə üz-üzə qalıb.İranın minlərlə polisinin dəstəyindən istifadə edən Suriya ordusu bölgədə türk varlığına son vermək üzrədir.
Çox faciəvi durumdur bir millətin taleyi təriqətlər arasında çəkişmə predmetinə çevrilib.Türkmənlərin yaxın gələcəkdə toparlana biləcəyi böyük sual altındadır. Qərb çözüm sürəcinin Əsədli, ya Əsədsiz olması haqqında uzun-uzadı baş sındırır, koalisiya qüvvələri hərbi əməliyyatları davam etdirir, Əsəd isə dirənir. Qərb ölkələri Rusiyaya qarşı müharibədə Ukraynanı silahla dəstəkləyir, iqtisadi maraqlar hər an yeni qərarların qəbul edilməsinə səbəb olur. Bu gün bir, sabah digər silahlı qüvvənin nəzarətinə keçən ərazilərdə bir xalq göz görəsi məhv edilir. Türkmənlərin taleyi türk qövmünə dağ oldu, barı dərs də olsun.
Doğrudur, bu gün Türkiyə daha çox Suriya türkmənlərinə dəstək verir. Amma bu istənilən səviyyədə deyildir. Bu durumda nə Türkiyənin, nə Azərbaycanın, nə də digər Türk Cümhuriyyətlərinin İraq Türkmənlərinə və Suriya Türkmənlərinə biganə qalmaları yolverilməzdir.
İraq və Suriya Türkmənləri məsələsində ən çox yük Türkiyə və Azərbaycanın üzərinə düşür. Bu anlamda yuxarıda da bildirdiyimiz kimi, Türkiyəylə nisbətdə Azərbaycanın bütövlükdə səssiz qalması doğru deyildir.
Sonda hər kəs bilməlidir ki, ata vətən həsrəti, yurd sevgisi, Can Azərbaycana ürəkdən bağlılıq hissləri Suriya türkmənlərini tərk etməyib.Hharada yaşamaqlarından, hansı ölkədə olmaqlarından asılı olmayaraq onlar Ata vətənimiz Azərbaycanı sevirlər, o məhəbbətlə yaşayırdılar. Elə bu sevginin, bu bağlılığın nəticəsi idi ki, onlar özlərindən sonra zəngin bir irs, maraqlı tarix qoyub gediblər.
Suriya türkmənlərinin Can Ata vətən Azərbaycana açıq-gizli sevgisi tarix boyu bitməyib, onların Əcdad ata-baba yurdu olan Can Azərbaycana həsrəti əbədi olaraq yaşayacaq, davam edəcək . Çünki bu əbədi sevgi türkmənlərin əcdadlarından həsrət çəkən nəvələrinin qəlbində miras qalıb.
Dr.Muxtar Fatih BEYDİLİ
Suriya Türkmən Həkimlər Dərnəyinin sədri
Müstəqil Araşdırmaçı
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024