Dünya (27-03-2023, 09:12)
SEPAH-ın məxfi yığıncağı: Orduda daxili toqquşma var - Şok
2023-cü il yanvar ayının 3-də SEPAH-ın hərbi və ideoloji yetkililəri məxfi iclas keçirərək, İranda aylarla davam edən etiraz aksiyalarını müzakirə edib. Görüşün nəticələri dini rəhbər Əli Xameneiyə göndərilib.
Protokol 40 səhifədən ibarətdir. Əsas məruzəçilər SEPAH-ın yüksək rütbəli genaralları və SEPAH-da fəaliyyət göstərən ideoloji kadrlardan ibarət yüksək səviyyəli din xadimləridir.
“Tam məxfi arxiv” sənədi olan bu görüşün protokolunun surəti hakerlər tərəfindən ələ keçirilib və yayılıb.
Mediatv.az bildirir ki,Axar.az olduqca önəmli bu protokolun dərcinə davam edir:
Ali Baş Komandanlıq Aparatına
İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandirlərinin görüşlərinin arxivinə
10/13/1401 (hicri, miladi 3 yanvar 2023-cü il)
Təsnifat: (hərbi) məxfi, arxiv sənədi
İclasın mövzusu: İnqilab Keşikçiləri Korpusunun komandirlərinin çıxışlarının xülasəsi
Əvvəli BURADA
Hüccətül-islam Abdullah Hacı Sadiqinin çıxışı:
- Məndən əvvəl danışan iki əziz qardaş üzərində düşünməyə dəyəcək maraqlı məlumatlar qeyd etdilər. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və SEPAH-a bağlı mədəni-ictimai təşkilatlar tərəfindən aparılan araşdırmalar və hesabatlarda bizə qardaşların irəli sürdüyü statistik məlumatları verməyib. Nəzərə almaq lazımdır ki, SEPAH-dakı Ali dini rəhbərin nümayəndələr qrupunun ölkə səviyyəsində ümumi hesabatlara və statistik məlumatlara çıxışı var və SEPAH-ın zədələnməsi məsələsinə umumi şəkildə və yuxarıdan baxanda, qrupların kiçik məsələləri onlar üçün əhəmmiyyət kəsb etmir.
Statistik göstəricilər həlledicidir. Bu rəqəmlərə görə biz sistemə güvənən və inanan qüvvələrin əlli faizindən çoxuna arxalana bilərik və yeni qüvvələr cəzb etməklə bu rəqəmi artıra bilərik.
Ölkənin mikro məsələlərini makro məsələlərdən üstün tutmaq istəyiriksə, təbii ki, statistik hesabatlarımızı yalnız tabelikdə olan qüvvələrlə (İslam Respublikasinin dəyərlərinə inanan qüvvələr nəzərdə tutulur – red.) məhdudlaşmaq lazımdır.
Tələbələrin vəziyyəti ilə bağlı yaxşı hesabat verdiyi üçün cənab Şahrudiyə də təşəkkür edirəm və bu problem həll oluna bilər. Lazımi büdcə təmin olunacaq. Amma biz Rəhbin ləyaqətinə, mövqeyinə iradlar irəli sürüb, bu məsələni tələbələrin dilindən qaldıra bilmərik.
Bu görüşdən öncə həyətdə olarkən Xətib cənabları ilə söhbət edirdik. Bəzi yüksək səviyyəli din xadimləri (müctəhidlər – red.) rəhbərin müqəddəs vücuduna cəsarət edir (onu tənqid edirlər – red.). Bəli, biz onların kim olduğunu bilirik. Amma gəlirinin və ailəsinin gücünün böyük hissəsini dini mədrəsədən və sistemdən alan dini tələbələrin artıq və yersiz danışmalarına icazə vermək olmaz.
Peyğəmbərə qarşı təhqirləri mən ilk dəfə eşidirəm. Qardaşımız bunu cənab Ejeiyə istinadən şikayət kimi bildirib. Bəlkə də zarafatla dediyib. Amma qeyd etmək lazımdır ki, İran İslam Respublikasında iğtişaşların baş verməsi İmam Zamanın bayrağına qarşı mübarizə deməkdir, vilayətin ələmdarı və şiə imaməti ilə döyüşmək deməkdir. Hesabatlarımız göstərir ki, SEPAH qüvvələri əvvəllər olduğu vəziyyətdə deyil. Yəni inanc baxımından zəifləyib. Amma bu o demək deyil ki, mənim əziz qardaşlarım (SEPAH üzvlərin nəzərdə tutur – red.) rəhbərin (Xameneinin – red.) arxasında dayanmayacaq.
Bizdə orduda müxtəlif bölmələrdə toqquşmaların olması ilə bağlı statistik məlumatlar və informasialar var. Onu idarə etmək lazımdır.
Burada söhbət bir-iki nəfərdən getmir. Söhbət altı yüz mindən çox müxtəlif qüvvələrdən ibarət silahlı qüvvələrdən gedir.
Hacı Qaani - Qüds korpusunun komandiri bildirir və onlar təsdiqləyirlər ki, bizdə ümumiyyətlə islam və ya dini inancları olmayan qüvvələr var, lakin onlar bu ölkə üçün döyüşürlər və biz həqiqətən öz qüvvələrimizdən gözlədiyimizi onlardan gözləmirik.
(Təhlükəsizlik qüvvələri arasında) bir tökülmə var və bu məsələdə heç bir şübhə yoxdur. Tökülmənin faizi ölkənin təhlükəsizlik qurumlarının məlumat və statistikasına görə, 12 faizdən 68 faizə qədərdir. Amma bunun ən yüksək rəqəmini götürsək belə, (bu 68 faiz) sistemlə qarşı-qarşıya gəlməyə hazırdırmı? Yoxsa status-kvoya etiraz edən tək onlardır?
Məlumat və statistika göstərir ki, bu etirazlar (aksiyaları nəzərdə tutur – red.) fərqlidir. Bu, kollektiv məqsəd və ya kollektiv problem deyil, onların hər biri müəyyən mənada fərqli etiraz edir. Etirazlarda konsensus yoxdur.
Ordunun briqadalarının birində etiraz var idi. Hər iki tərəfin ortaq bir məsələ ilə bağlı etiraz etdiyi durum mövcud idi. Lakin onlar sistemi dəstəkləmək, çatışmazlıqlara dözmək və sistemlə qarşı qarşıya gəlmək məsələsi ilə bağlı üz-üzə dayanmışdılar.
Əhəmiyyətli olan odur ki, tökülmələrlə bağlı statistik məlumatlar doğru ola bilər, amma etiraz məsələsində konsensusa gəlmək üçün vaxt lazımdır və problemlərin həll yollarını axtarıb tapmaqla onları aradan qaldırmaq olar.
Polkovnik Ehsan Xurşidinin çıxışı:
- Əzizlərin söhbətlərini eşitdim. Oturduğum yerdən hiss etdim ki, nəinki bizim döyüş, kəşfiyyat və hərbi hissələrimizdə qarşıdurmalar var, hətta komandanlıq arasında düzgün məlumat, xəbər mübadiləsi aparılmır.
Elə bu məqamda iki qardaşımız – biri Rəhbərin nümayəndəliyi sahəsində və digəri tələbələr arasında, mühafizə qurumlarının məlumat və statistikasını götürüb, onlara az-çox məlumat əlavə edib, burada bəyan edirlər.
Həzrət Ağa, mən gündəlik gedib gəldiyim, uzun müddətdir ki, oturduğum, yemək yediyim, səfər etdiyim, döyüşdüyüm dostlarım, həmkarlarım olan SEPAH haqda məlumatları şəffaf şəkildə deyirəm.
Əlburz Korpusunda, etiraz aksiyalarının ilk günlərində iğtişaşların səbəbinin gənc qadının öldürülməsi olduğuna dair fikir birliyi var idi. 98-ci ildə olduğu kimi, ölkədə əhalinin dolanışıq və benzin bahalaşması bir sıra problemlərə səbəb olmuşdu.
Əlburz Korpusunun komandanlığı altında olan qüvvələr yeni dövrün böhranından çıxmağı fikirləşirdi. İlk günlərdə hər kəs yekdilliklə zərər və təhdid tipli iğtişaşlarla mübarizəyə hazır idi.
Qırx səkkiz saat ərzində internet kəsildi - etirazın başlamasından xeyli əvvəl Ali Şura ölkədə yeni bir hadisə olarsa, internetin kəsiləcəyini bir həll yolu kimi məktubla bildirmişdi. Bununla da iğtişaşların sona çatacağını proqnozlaşdırırdılar. Hətta ilk iki həftədə heç bir qüvvəmiz bu etirazların davam edəcəyini düşünmürdü. Görünür, kəşfiyyat orqanının hesablamaları da səhv çıxmışdı, yəni hadisələri təhlil etməyə imkanları yox idi.
Eyni zamanda, əyalət iclaslarında biz dəfələrlə yeni kəşfiyyat və təhlükəsizlik komandirləri məsələsini qaldırmışıq ki, işlərin başında təcrübəsiz qüvvələrin olması çevik böhranları fəlakətə çevirə bilər. Ötən il əyalətimizin səkkizdən çoxunda təcrübəli komandir dəyişdirilmişdi.
Mərkəzi aparatın nəzarəti altında olan qurumlar tərəfindən verilən əmrlərlə yavaş-yavaş tabeliyində olan qüvvələr arasında böhran hansısa formada üzə çıxdı və qüvvələrin uğursuzluğunu, xalqa yardımını son zamanlar müşahidə etdik.
Keçən həftə bir neçə növbətçi əsgər və bir leytenant tərəfindən çatdırılmalı olan və ordu mətbəxinə gedəcək Əlburz Korpusunun ərzaq kvotası oğurlandı. Mühafizə orqanları araşdırıb və belə nəticəyə gəliblər ki, heç bir quldurluq olmayıb və köçürülməyə cavabdeh olan məmurlar onları aparıb Kərəcin kasıb məhəllələrində camaat arasında paylayıblar və onlar hələ də həbsdədirlər və nə edəcəyimizi bilmirik.
Bunu hərbi məhkəməyə verək? Ya nə edək? Məsələ SEPAH-dan oğurluqdur, digər tərəfdən də oğrular oğurladığı malları gecələr çörəyə ehtiyacı olan insanlara veriblər.
Düzdür, sonda hərbi məhkəməyə müraciət edəcəklər, amma qüvvələrin xalqa rəğbəti məsələsi kiçik məsələ deyil. Bu dəfə xalqa mətbəx və ləvazimat verdilər, növbəti dəfə cəbbəxananı versələr, nə olacaq? Sistemin təhlükəsizliyi insanları təmin etmək və onlara təsir etməkdədir.
Cənab Hacı Sadiqi məsələləri elə bəyan edir ki, guya hərbi və kəşfiyyat qurumlarında problem yoxdur və hər şey öz yerindədir.
Elə bu gün səhər ən azı altı yüksək rütbəli zabit mənə zəng edib ki, son aksiyalar zamanı ailələ üzvlərini həbs ediblər. Məndən xahiş ediblər ki, möhtərəm ordu komandirindən kömək istəyim. Amma ordu komandiri nə qədər adamı azad edə bilər? Buna oxşar hallar həddindən artıq çoxdur. Bu qrupda əyalət komandirlərinin, maşallah, sayı çoxdu. Özləri də aydın deyə bilərlər ki, bu günlərdə nə qədər adam bu məsələdə kömək istəyib. Şərhlərin hamısını görmək mümkün deyil və mən Hacı Ağa Sadiqinin sözlərini təsdiq etmirəm. Ümumilikdə böyük problem olan kiçik məsələlərin toplusunun üstündən asanlıqla keçə bilməzsiniz.
Ardı var…

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024